Əli Həsənov ölkədən getdi

Ölkə 20-avq, 11:039 xebertv 612 0
Əli Həsənov ölkədən getdi


Prezidentin ictimai-siyasi məsələlər üzrə keçmiş köməkçisi Əli Həsənov dünən axşam təcili olaraq Türkiyəyə aparılıb.

Bu barədə məlumatı Ə.Həsənovun qohumları sosial şəbəkələrdə paylaşıb.

Onun yaxın qohumu Elton İbrahimov bildirib ki, son bir neçə həftə ərzində Əli Həsənovun ürək-damar sistemindəki problemlər kəskin şəkildə özünü büruzə verməyə başlayıb: "O, ev şəraitində müalicə alsa da, dünən gecə səhhəti qəflətən pisləşdiyiinə görə Türkiyəyə yola salınıb və dərhal da xəstəxanaya yerləşdirilib”.

Məlumata görə, onunla birlikdə həyat yoldaşı Sona Vəliyeva da Türkiyəyə yollanıb.

Qeyd edək ki, Ə.Həsənov bir neçə ildir ağır ürək xəstəliyindən əziyyət çəkir. O, indiyədək 2 dəfə açıq ürək əməliyyatı keçirib.

Xatırladaq ki, Ə.Həsənov 2019-cu ilin noyabrında tutduğu vəzifədən uzaqlaşdırılıb. Ondan sonra ona qarşı müxtəlif ittihamlar irəli sürülüb. Hətta onun həbs ediləcəyi barədə məlumatlar da yayılıb.(bakupost.az)

tv713.az

Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr
Yazarlar