Azərbaycanda iki dəfə boşanmış şəxs 17 yaşlı qızı qaçırıb? - DİN-dən AÇIQLAMA

Sosial / Manset 28-avq, 11:449 xebertv 326 0
Azərbaycanda iki dəfə boşanmış şəxs 17 yaşlı qızı qaçırıb? - DİN-dən AÇIQLAMA


Daxili İşlər Nazirliyi Bərdə rayonunda 17 yaşlı qızın zorla qaçırılması barədə sosial şəbəkələrdə yayılan məlumatlarla aydınlıq gətirib.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, qeyd olunan faktla bağlı araşdırma aparıldığı bildirilib:

“Bu ilin mart ayının 29-da qızın atası E.H. Bərdə Rayon Polis Şöbəsinə gələrək, qızının qaçırılması barədə ərizə ilə müraciət edib. Müraciətlə əlaqədar olaraq, Bərdə Rayon Polis Şöbəsində (RPŞ) müvafiq araşdırmalara başlanılıb.

Araşdırmalar zamanı şikayətçinin qızı ailəsinin onu sevmədiyi birinə ərə verəcəyini əsas gətirərək, öz arzusu ilə Nurlan adlı şəxslə birlikdə evlənmək məqsədi ilə getdiyini bildirib”.

Xatırladaq ki, məsələ ilə bağlı sosial şəbəkədəki paylaşımda 17 yaşlı universitetə hazırlaşan qız 2 dəfə evlənib-boşanmış adam tərəfindən qaçırıldığı qeyd olunub. Həmçinin, iddia edilir ki, ata qızını geri almaq istəsə də, vermirlər.

tv713.az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr
Yazarlar