FTB-nin ən çox axtarılanlar siyahısında ilk 10-luğa daxil etdiyi şəxs saxlanıldı
ABŞ-da 17-18 yaşlarındakı iki qızını öldürməkdə ittiham olunan və Federal Tədqiqatlar Bürosunun (FTB) ən çox axtarılanlar siyahısında olan Yaser Abdel Səid saxlanılıb.
2008-ci ildə 17 yaşlı Sara Yaser Səid və 18 yaşlı Əminə Yaser Səid adlı qızlarını öldürdükdən bir gün sonra Abdel Səid haqqında həbs qərarı verilib.
O, törətdiyi əməldən 12 il sonra Texas ştatının Castin bölgəsində nəzarət altına alınıb. Hazırda 63 yaşı olan Səidin Dallasa transfer ediləcəyi açıqlanıb.
Şübhəlinin oğlu İslam Səid və qardaşının da ona kömək etdiyi üçün həbs edildiyi bildirilib.
Misirdə dünyaya gələn Abdel Səid 2014-cü ildə FTB-nin “ən çox axtarılan 10 insan” siyahısına əlavə edilib.
tv713.az