Ramiz Mehdiyev villasını fantastik qiymətə satışa çıxardı

Manset / Ölkə 31-avq, 12:259 xebertv 390 0
Ramiz Mehdiyev villasını fantastik qiymətə satışa çıxardı


Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyev sahibi olduğu villalardan birini satışa çıxarıb.

tv713.az Yenisabah.az-a istinadən məlumat verir ki, Ramiz Mehdiyevin satmaq istədiyi dəbdəbəli mülk Göyçay rayonunun Hüngütlü kəndindədir.

Villa dörd hektar ərazidə yerləşir, hər tərəfdən altı metr hündürlükdə hasarla əhatə olunub. Satış qiyməti 2,5 milyon manatdır.

Villanın ərazisində vertolyot üçün xüsusi meydança var.

Bildirilib ki, Ramiz Mehdiyevin Göyçayın Yeniarx kəndində 10 hektar nar bağı da olub.

Amma vəzifədən uzaqlaşdırıldıqdan sonra həmin bağı hazırda Moskvada yaşayan məşhur iş adamı Fərhad Əhmədova satıb.

Qeyd edilib ki, Ramiz Mehdiyev villanı da almaq üçün Fərhad Əhmədova ismarıc yollayıb lakin, nədənsə biznesmen həmin villanı almaqdan imtina edib.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr