Putinin dostundan Qarabağ açıqlaması: "TAM VAXTIDIR "

Siyasət 26-sen, 22:249 tv713 112 0
Putinin dostundan Qarabağ açıqlaması: "TAM VAXTIDIR "


Münaqişənin sülh yolu ilə həlli ancaq belə ola bilər ki, 7 rayon tam olaraq qaytarılır, Dağlıq Qarabağın müstəqilliyi tanınmır və ən yüksək muxtariyyət statusu verilir. Amma güman etmirəm ki, ermənilər bu variantla razılaşsınlar. Ona görə də Qarabağ məsələsinin yeganə həll yolu olaraq müharibə qalır.

Axar.az xəbər verir ki, bu sözləri Musavat.com-a geniş müsahibəsində professor İlham Rəhimov deyib.

O, “müharibə üçün Rusiya ilə münasibətlərdə hansı korrektələr lazımdır” sualına bu cür cavab verib:

“Deputat Qüdrət Həsənquliyevin bəyəndiyim və çox sadə şəkildə izah olunan bir fikri var: elə bir zaman yetişib ki, biz artıq Rusiya ilə oturub açıq şəkildə danışmalıyıq. Rusiyaya deməliyik ki, sən bizimlə dost, qonşusan və münasibətlərimizi də qoruyaraq genişləndirək.

Konkretlik lazımdır, ədalət biz tərəfdədir və Rusiya da münaqişəyə obyektiv yanaşmalıdır. Rusiya ilə danışıqlarda bu cür konkret olmaq lazımdır.

Rusiya ilə konkret danışmağın indi tam zamanıdır”.



TV 713
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr