"Şagirdlər arasında kütləvi yoluxma yoxdur"
21-28 sentyabr tarixlərində təhsil müəssisələrində
387 şagird və 23 müəllimin hərarəti 37 dərəcədən yuxarı olub.
TV 713 xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib:
"Dərs prosesində 78 şagird, 2 müəllim tədrisdən təcrid olunub. 4 şagirdə yoluxma ailədaxilində baş verib.
Şad xəbər isə odur ki, hələ heç bir məktəbdə kütləvi yoluxma halı qeydə alınmayıb. Amma təəssüf ki, Qubanın Qamqam kəndində 8 müəllim arasında yoluxma olub. Bundan sonra həmin məktəbin fəaliyyəti distant təhsilə keçirilib".