İlham Əliyev: “Ordumuz hər gün hansısa bir şəhər və ya kəndi işğaldan azad edir”

Siyasət 12-okt, 15:209 tv713 95 0
İlham Əliyev: “Ordumuz hər gün hansısa bir şəhər və ya kəndi işğaldan azad edir”

"Ermənistan döyüş meydanında uduzur. Müzəffər Azərbaycan Ordusu hər gün yeni hərbi uğurlara imza atır”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “Haber Global” televiziyasına müsahibəsində bildirib.

İ.Əliyev bildirib ki, ordumuz tərəfindən hər gün, demək olar ki, hansısa bir şəhər və ya kənd işğaldan azad edilir:

“Yaxud həmin kəndlər nəzarət altına alınır. Mən deyə bilərəm ki, bu gün bir neçə yaşayış məntəqəsi bizim tam nəzarətimiz altındadır. Sadəcə olaraq o yaşayış məntəqələrinə biz hələ girməmişik. Çünki hərbi nöqteyi-nəzərdən buna ehtiyac yoxdur. Ancaq müəyyən müddətdən sonra biz növbəti elanlar edəcəyik”.

“Bütün cəbhə boyu istiqamətlərdə Ermənistan məğlubiyyətə uğrayır və belə olan halda öz heyfini, məğlubiyyətini mülki əhalidən çıxarmaq istəyir. Bu, onların xislətidir. Xocalı Soyqırımı törədənlər Gəncəyə hücum edib.

Gəncəyə hücumun səbəbi Ermənistanın hərbi-siyasi rəhbəridir. Bizdə olan məlumata görə, bu qərar şəxsən Nikol Paşinyan tərəfindən verilib”.

 
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr
Yazarlar