Nazirdən məktəblərdə bir sıra tətbiqlərin işləməsi ilə bağlı AÇIQLAMA
“Ölkədə internetin təminatı ilə məşğul olan şirkətlər tərəfindən bir sıra ali təhsil müəssisələrində bəzi platfotmaların işləməsinə nail olmuşduq”.
Tv 713. az xəbər verir ki, bununla bağlı mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev belə deyib.
O bildirib ki, bu istiqamətdə danışıqlarımız davam edir:
“Ötən həftəyə qədər biz ali təhsil müəssisələrində bəzi zəruri platformaların işləməsi üçün razılıq almışdıq. Bu istiqamətdə danışıqlarımız davam edir.
Çalışırdıq ki, məktəblərdə də tədris üçün zəruri olan bir sıra tətbiqlərin işləməsi üçün aidiyyəti qurumlardan razılıq alınsın. Bu məsələ tərəfimizdən diqqətdə saxlanılacaq”.