Makrona rəqib Melanşon namizədliyini irəli sürür
Fransada sol Əyilməz Fransa Partiyasının lideri Jan Lyuk Melanşon 2022-ci ildə keçiriləcək prezident seçkisinə namizədliyini irəli sürüb.
TV 713. az xəbər verir ki, bu barədə partiya lideri qatıldığı proqramda deyib.
O, Fransa cəmiyyətinin çıxılmaz vəziyyətdə qaldığını, problemləri həll etmək üçün imkan və proqramlara sahib olduqlarını söyləyib:
“2022-ci ildə ölkədə keçiriləcək prezident seçkisinə namizədliyimi irəli sürəcəyəm. Bunun üçün xalqdan 150 min imza toplamağı planlaşdırıram”.