Ərdoğan: Qısa müddətdə Kəlbəcər və Laçın da...

Aktual 09-noy, 17:319 tv713 297 0

Ərdoğan: Qısa müddətdə Kəlbəcər və Laçın da...

Biz göz yaşlarımızla dünən Şuşanın azad edilməsi ilə bağlı İlham Əliyev qardaşımızın açıqlamasını izlədik. Şuşanın azad edilməsi ilə bərabər sevinclərimiz və ümidlərimiz də artdı.

TV 713. az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, Dağlıq Qarabağ azad edilənə qədər müharibə davam edəcək:

“Tək millət, iki dövlət” şuarını paylaşdığımız Azərbaycan torpaqlarının işğalına səssiz qala bilməzdik. Biz hazırda Azərbaycandayıq. Çünki onlar bizim qardaşlarımızdır. Ermənistanın 28 illik zülmü qarşısında Minsk Qrupu təəssüf ki, o torpaqlardakı azərbaycanlıları qaçqın yaşatdı. Torpaqları işğal altında olduğu üçün onlar öz torpaqarlarından mərkəzə gəlmək məcburiyyətində qaldı. 28 il davam edən problemi Minsk Qrupu həll etmədi. Bunu özləri ilə danışanda da bizə həll yolu göstərmədi. Onların problemi həll etmək məqsədləri yoxdur. Azərbaycanlı qardaşlarımız özü bu problemi həll etdi. Mərhum Məmməd Əmin Rəsulzadənin dediyi kimi, “Bir dəfə yüksələn bayraq bir daha enməz”. Dağlıq Qarabağdakı işğal bitənə qədər də mübarizə bayrağı enməyəcək. Bu münasibətlə İlham Əliyev başda olmaqla, bütün azərbaycanlı qardaşlarımı təbrik edirəm. Şəhidləri rəhmətlə anıram. İnşallah, qısa müddətdə Kəlbəcər və Laçın olmaqla digər torpaqlar da sahiblərinə veriləcək
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr
Yazarlar