Azərbaycan Ordusu artıq Xankəndini... - Ermənilər ETİRAF ETDİ
Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Araik Arutunyanın sözçüsü Vaqram Poqosyan Şuşa şəhərinə nəzarəti tamamilə itirdiklərini etiraf edib.
TV 713. az xəbər verir ki, o, rəsmi feysbuk səhifəsində Azərbaycan Ordusunun artıq Xankəndi şəhərinin ətrafında olduğunu yazıb.
"Təəssüf ki, uğursuzluqlar zənciri bizi hələ də təqib edir və Şuşa şəhəri bizim nəzarətimizdə deyil. Qarşı tərəf Xankəndinin ətrafındadır və artıq onun mövcudluğu təhlükə altındadır", - Poqosyan qeyd edib.