Veteranlardan təklif: "Ali Baş Komandana Azərbaycanın Milli Qəhrəmanı adı verilsin"
Veteranlar Ali Baş Komandana Azərbaycanın Milli Qəhrəmanı adı verilməsini istəyirlər.
Tv 713. az AVMVİB Mətbuat xjdmətinə istinadla xəbər verir ki, adı çəkilən qurumun İdarə Heyəti Ali Baş Komandan Cənab İlham Əliyevə Azərbaycanın Milli Qəhrəmanı adı verilməsi təklifi ilə çıxış edib.
Keçirilən yığıncaqda müzakirəyə verilən gündəlikdəki tək məsələ «Ali Baş Komandan Cənab İlham Əliyevə Azərbaycanın Milli Qəhrəmanı adı verilməsi» olub.
Buna öz münasibətini bildirən polkovnik leytenant Rəhman İsgəndərovun komandiri olduğu, birinci Qarabağ Savaşı zamanı Laçın və Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmanlıqlar göstərmiş keçmiş 713 nömrəli hərbi hissənin döyüşçüləri də AVMVİB-nin təklifini dəstəklədiklərini və bu nəcib niyyətin tezliklə həyata keçiriləcəyinə inandıqlarını bildiriblər.
Yığıncaqda yekdilliklə qəbul edilən həmin təklifin mətnini təqdim edirik.
Sentyabrın 27-də təcavüzkar Ermənistan Respublikasının silahlı qüvvələrinin uzun illərdir işğal altında saxladıqları Azərbaycan torpaqlarında, qoşunların təmas xəttində ölkəmizə qarşı geniş miqyaslı hərbi əməliyyatlara başlaması dövlətimizin və xalqımızın Vətən uğrunda mübarizəyə qalxmasını təşkil etdiyinə, özünü bacarıqlı taktiki və strateji biliklərə malik lider kimi göstərdiyinə görə, 30 illər boyu BMT və ATƏT Minsk Qrupu üçlüyünün birgə səylə həll edə bilmədiyi bir problemi həll etdiyinə görə, Vətən müharibəsində göstərdiyi misilsiz xidmətlərə və xarici siyasət sahəsində layiqli təmsilçiliyə görə, ölkə əhalisini bir bayraq altında birləşdirmək istedadına görə və ən nəhayət qətiyyətli Ali Baş Komandan kimi qarşıya qoyduğu hədəfləri maksimum əldə etdiyinə görə çox minlik müharibə veteranlarının istəyinə uyğun olaraq Ali Baş Komandan cənab İlham Heydər oğlu Əliyevə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilməsini təklif edirik.
İnanırıq ki, Vətən müharibəsində bir Komandan kimi göstərdiyi fəaliyyətin yüksək adla təltif edilməsi hər bir ölkə vətəndaşının arzusudur.
Yaşasın Azərbaycan Ordusu!
Yaşasın Ali Baş Komandan!
Qarabağ Azərbaycandır!
AVMVİB İH -nin sədri:
Füzuli Rzaquliyev