Baş nazir icra başçıları və rəislərlə müşavirə keçirdi

Siyasət 21-noy, 16:019 tv713 79 0
Baş nazir icra başçıları və rəislərlə müşavirə keçirdi


Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın Respublika müşavirəsi keçirilib.

Tv 713. az xəbər verir ki, müşavirədə Operativ Qərargahın üzvləri ilə yanaşı 68 rayon və şəhərin İcra hakimiyyəti başçıları, DİN və DTX-nın yerli şöbələrinin rəisləri, rayon və şəhər prokurorları, səhiyyə şöbələrinin və sanitar-epidemioloji stansiyalarının rəhbərləri iştirak edirdilər.

Baş nazir Əli Əsədov Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan ordusu müharibəni qələbə ilə başa vuraraq işğal altında olan torpaqları azad edib. Müharibənin gedişində bütün imkanlar qələbənin təmin edilməsi üçün səfərbər olunmuşdu.

İndi pandemiya ilə mübarizə yenidən prioritet məsələ olaraq gündəlikdədir və bütün imkanlarımızı bu istiqamətdə səfərbər etməliyik.

Müşavirədə son bir neçə həftə ərzində ölkə ərazisində pandemiyanın vəziyyəti, yoluxmanın dinamikası, səhiyyə sahəsində görülən işlər, karantin rejiminin tələblərinə əməl olunmasna nəzarət və s. məsələlər müzakirə olunub.

Yoluxmanın xüsusilə yüksək olduğu rayon və şəhərlərdəki vəziyyət ayrıca müzakirə olunub.

Müşavirədə qərara alınıb ki, yoluxmanın xüsusilə yüksək olduğu və sərt karantin rejiminin tətbiq edildiyi rayon və şəhərlər əsas götürülməklə bütün ölkə ərazisində, maskalardan istifadə ilə bağlı yeni qaydalar da daxil olmaqla rejimin bütün tələblərinə nəzarət gücləndirilsin, maarifçilik işi genişləndirilsin.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr