Makrondan “Hayastan”a dəstək...

Manset 22-noy, 03:239 tv713 52 0
Makrondan “Hayastan”a dəstək...


Fransa Prezidenti Emmanuel Makron “Hayastan” fondunun bu ölkədəki filialına gedib.

Tv 713. az xəbər verir ki, o, Azərbaycanın Qarabağ bölgəsindən qaçqın düşdüyü iddia edilən 120 min erməni və ümumiyyətlə, Ermənistanda çətinliklə üzləşən 1 milyona yaxın sakin üçün toplanan yardım kampaniyasına dəstək nümayiş etdirib.

Bildirilib ki, telemarafonun nəticəsi olaraq 22 noyabrda birinci, 27 noyabrda isə ikinci təyyarə Fransadan Ermənistana humanitar yardım aparacaq.

Makron burada da yenə Qarabağdakı “erməni dini və tarixi-mədəni abidələrinin” qorunması vacibliyindən danışıb.

Qeyd edək ki, Makronun simasında Fransanın birbaşa və açıq şəkildə göstərdiyi ermənipərəst və birtəfəli mövqeyinə görə bu ölkənin Minsk Qrupunun həmsədri kimi fəaliyyəti sual altına düşüb.

Onu da vurğulayaq ki, Paris şəhər şurasına və Fransa Senatına de-fakto və de-yure mövcud olmayan qondarma və separatçı “dqr”i tanımaq üçün qanun layihəsi təqdim edilib.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr
Yazarlar