DİVANXANA VƏ PİRLƏR ÜZƏRİNDƏ ÇALINAN "KİLSƏ" ZƏNGLƏRİ

Yazarlar 05-dek, 10:379 tv713 305 0
DİVANXANA VƏ PİRLƏR ÜZƏRİNDƏ ÇALINAN "KİLSƏ" ZƏNGLƏRİ


DİLAVƏR ƏZİMLİ
tarixçi alim



Terrorçu erməni "dindarları"n qəsbkarlıq siyasəti

Nə Dağlıq Qarabağda, nə də digər ərazilərimizdə heç vaxt KİLSƏ mövcud olmayıb




Erməni Qriqorian kilsəsi terroru dəstəkləyən kilsə kimi ləğv olunmalıdır. Bu gün Azərbaycan ərazilərinə Alban kilsəsinə sahiblik etmək istəyən terrorçu Qriqorian kilsəsi əgər doğrudan da Allahın nümayəndəsi kimi çıxış edirsə, onda nə əcəb bizim məscidlərimizi erməni vandalları darmadağın edəndə, qalan məscidlərdə də donuz saxlayanda səslərini çıxarmadılar? Belə din xadimləri olarmı? Səslərini çıxara da bilməzdilər!!! Çünki özləri bu vandalların rəhbərləridirlər. Bizim üçün ən dəhşətlisi odur ki, onların terroru dəstəkləyən din xadimləri olduğunu bütün xristian dünyası bilir, amma onları müdafiə edirlər.

Onların bu cür hərəkətlərinin baş verməsində biz də günahkarıq. Çünki biz ölkəmizdə hələ də protoxristian, protoislam mədəniyyətini millətimizə öyrədə bilməmişik. Əksinə, islamaqədərki abidələrə ögey münasibət bəsləmişik...

Bəs indi? Niyə susuruq? Niyə demirik ki, Kəlbəcərdə, Laçında erməni kilsəsi olubmu? Bununla bağlı tədqiqtçı Faiq ismayılov yazır ki, tarixi baxımdan nə Dağlıq Qarabağda və nə də işğal olunmuş digər ərazilərimizdə heç vaxt erməni kilsəsi və ya kilsələri mövcud olmamışdır. Dünyanın heç bir arxivindən bunu sübut edə bilən heç bir sənədə rast gəlmək mümkün deyildir.

Dağlıq Qarabağda ilk dəfə “erməni kilsəsi” ifadəsinə XX əsrin 70-80-ci illərində rast gəlinir. Bunun isə öz tarixi kökləri var. Belə ki, 1805-ci ildə Qarabağ xanlığını devirən Çar hökuməti öz mənzil qərargahını Şuşa şəhərində yaratdı. Rus əsgərlərinin ibadəti üçün ordu rəhbərliyi xanlığın divanxanasının qülləsindən zəng asdıraraq burada rusların ibadəti üçün şərait yaratdı. Divanxana rus ordusu komandanlığı tərəfindən, ayrı-ayrı zaman kəsiyində bir neçə dəfə təmir edilərək kilsə stilinə uyğunlaşdırıldı. Sonralar Qarabağ xanlığının divanxanası xalq arasında “rus kilsəsi” adlandırılmağa başladı. Bunu hətta o dövrün erməni tədqiqatçılarıda öz əsərlərində təsdiq edirlər.

Şuşa şəhərindəki yeganə kilsənin erməni kilsəsi deyil rus kilsəsi olduğunu erməni tarixçisi Zare Melik-Şahnazarov özünün ( Zapiski karabaxskoqo soldata. Moskva 1995) kitabında qeyd edir.

1918-ci ildə Azərbaycanda Xalq Cümhuriyyəti hökuməti qurulduqdan sonra rus hərbçiləri Şuşanı tərk etdilər. Bundan sonra rus kilsəsi 1970-ci ilə qədər baxımsız və istifadəsiz qaldı. Lakin 1970-1980-ci illərdə DQMV-tinin erməni rəhbərliyi Şuşa şəhərindəki Rus kilsəsini təmir etdirərək kilsəni Şuşada yaşayan ermənilərin istifadəsinə verdi. Bundan sonra Qarabağda ermənilərin yeganə ibadət yeri olan bu kilsə tamamilə erməniləşdirildi. Təbii ki bu hadisədən sonra bu kilsə “erməni kilsəsi” adlandırıldı.

Ermənilərin 1992-ci il işğalına qədər nə Qarabağda və nə də işğal edilmiş ətraf rayonlarda bir dənə də olsun erməni kilsəsi olmamışdır. Lakin işğaldan sonra ermənilər Şuşa şəhərində 3, Şuşa Laçın yolunda Fətiş bulağı deyilən ərazidə 1, Laçın şəhərində 2, Laçın rayonunun Zabux kəndində 1, Şuşa Xankəndi yolunun üzərində 2, Xankəndi şəhərində 4, Əsgəran qəsəbəsində 2, Ağdam rayonunun Şahbulaq qəsrinin yanında 1 erməni kilsəsinin inşa etmələri bizə məlumdur. Bundan başqa Laçın rayonu ərazisində 10, Kəlbəcər rayonu ərazisində 7, Qubadlı rayonu ərazisində 3, Zəngilan rayonu ərazisində 2, Cəbrayıl rayonu ərazisində 3, Füzuli rayonu ərazisində 2, Ağdərə, Əsgəran, Hadrut və Martuni rayonlarının ərazilərində isə 15 alban dövrü məbədi təmir edilərək erməni kilsəsi statusu verildi. Beləliklə son 20 ildə işğal olunmuş Azərbaycan ərazilərində erməni kilsələrinin sayını Ermənistan hökuməti 58-ə çatdırdı. Bu faktiki olaraq hal-hazırda indiki Ermənistan ərazisində istifadə olunan kilsələrin sayından iki dəfə çoxdur.

Ermənilər Qarabağda etnik təmizləmə nəticəsində boş qalan kənd və şəhərlərin ərazilərindəki islam dini abidələrin (türbələr, məscidlər və s.) xarabalıqları üzərində erməni kilsələri inşa ediblər. Bu misli görünməmiş vəhşilik Qarabağın bütün görkəmini dəyişdirir. Məsələn Xankəndi şəhərində 2007-ci ildə inşa edilən erməni kilsəsi, xalq arasında “günbəz” adlandırılan bir türbənin qalıqları üzərində inşa edilib. Məlumdur ki, Sovetlər dönəmində Xankəndi şəhərində inanclı ermənilər olmadığından heç kilsə tikməyə də ehtiyac da olmayıb.Ərazi ermənilər tərəfindən işğal edildikdən sonra Qarabağın baş şəhəri olan Xankəndidə üç erməni kilsəsinin tikilməsi narahatlıq yaratmaya bilməz.

Bu erməni kilsələri və digər erməni simvolları bu şəhərin gənc erməni şüuruna tarixi erməni şəhəri kimi yeridilir və gənc erməni dünyagörüşündə “böyük Ermənistan” ideyası formalaşdırılır. Xankəndi şəhərindəki bu erməni kilsəsi, islam inancına aid bir türbənin qalıqları üzərində inşa edilib. Erməni kilsəsi Hadrud qəsəbəsində 2001-ci ildə inşa edilmişdir. Erməni kilsəsi Şuşa – Füzuli yolunda müsəlman inancına aid bir pirin üzərində inşa edilmişdir.

Onu da əlavə edək ki, Borçalıda bütün Alban kilsələrinə gürcülər yiyələndi, səsimiz çıxmadı... İndi də Azərbaycanda olan Alban kilsələrini deyəsən, ermənilərə veririk...Bir daha xatırladaq ki, bunu ermənilər siyasi baxımdan həyata keçirirlər... Çünki din siyasəti həyata keçirmək üçün ən yaxşı alətdir.

Gürcüstanla Azərbaycan sərhəddində yerləşən Keşikçidağ məbədini yada salın. O da bizim Alban məbədidir. Amma gördünüzmü nələr oldu? Bu erməni gavur keşişlər orada elə-belə məskən salmaq istəmirlər. Din öz ardınca terrorçu erməni “dindarlarını” gətirəcəkdir. Bizimkilər də humanizm, multikulturallıq göstərərək onların gəlişinə razılıq verəcəklər. Nəticədə, oralarda, qəsəbələr də salacaqlar... Sonrası da məlumdur... Onlar bu üsulla daima bizim ərazilərimizi zəbt ediblər. Yenə eyni siyasətə üstünlük verirlər... Bizim sosial şəbəkələrdə də bəzi dostlarımız buna etinasız yanaşır və "boş verin" deyirlər. Yazıqlar olsun!!! Hələ də ayılmadıq!!!
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr