AUTIZM SINDROMU: ALDADILAN VƏ ALDADANLAR

Yazarlar 18-dek, 23:129 tv713 346 0
AUTIZM SINDROMU: ALDADILAN VƏ ALDADANLAR


İGİD TEYMURLU


"DƏMİR YUMRUQ" taktikası, yoxsa Sevgilə Qayğı?


NAZİRLƏR KABİNETİNİN təqdim etdiyi təlimatlar və bunun adiyyatı instansiyalar tərəfindən icrasından belə nəticəyə gəlmək olur ki, sanki DÖVLƏT autizm sindromlu uşaqlara sahib çıxmır!

MİLLİ MƏCLİS daha çox autizm sindromu adı altında fəaliyyət göstərən kəslərə münbit şərait yaratmaqla məşğuldur! Qəbul edilən qanunlarda yazılanlar, o qanunların icra mexanizmi və bu mövzuda xalqın gözləntiləriylə bağlı addımların atılmaması bunu deməyə əsas verir!

MİLLİ MƏCLİSİN AİDİYYATI KOMİSSİYALARI autizm sindromlu uşaqlarla bağlı problemin həlli istiqamətində heç bir iş görməyiblər!

MİLLİ MƏCLİSİN SƏHİYYƏ KOMİSSİYASI autizm sindromlu uşaqların reabilitasiyaları istiqamətində addım atmaqdansa, qəbul etdikləri qaninvericilikdə onların problemlərinin daha da dərinləşdirirlər!

MİLLİ ƏCLİSİN ELM, TƏHSİL KOMİSSİYASI autizm sindromlu uşaqların təhsil almaları üçün gərəkən addımları nəinki atmayıb, əksinə həm bu kateqoriyadan uşaqların daha da dərin bir uçuruma yuvarlanmalarını sanki təşkil edir, eləcə də onların valideyinləri üçün olmazın problemlər yaradıb!

MİLLİ MƏCLİSİN SOSİAL SİYASƏT KOMİSSİYASI autizm sindromlu uşaqlar və onların valideyinlərinə veriləcək müavinətlə bağlı birbaşa millətin dədəsinə söyməklə məşğuldur! Rabilitasiyanın qiyməti 1500 üstəgəl 300 manat taksi pulu üstəgəl bu uşaqların qida rasionundakı xüsusi menyu 250 manat üstəgəl geyim kecim pulu müqabilində uşağa 150 manat və xidmətə görə 50 manat!

MİLLİ MƏCLİSİN İNSAN HAQLARI KOMİSSİYASI autizmli uşaqlarla bağlı bütün problemləri sanki görməzdən gəlməklə bütövlükdə Milli Məclisi sosial narazılıq formalaşdıran bir quruma çevirib. Ki, bu da dövlətlə vətəndaş arasında bir uçurum yaradır, xanım SAHİBƏ QAFAROVA!

SƏHİYYƏ NAZİRLİYİ autizm sidromlu uşaqlara bütövlükdə qənim kəsilib!

TƏHSİL NAZİRLİYİ autizm sindromlu uşaqlara bütövlükdə qənim kəsilib!

STATİSTİKA KOMİTƏSİ autizmli sindromlu uşaqları nə vətəndaş, nə də insan olaraq qəbul etmir! Etsəydi bunların statistikasını aparardı!
ƏMƏK və ƏHALİNİN SOSİAL TƏMİNATI NAZİRLİYİ autizm sindromlu uşaqlarla bağlı ancaq və ancaq yuxarıda adları hallanan instansiyaların qəbul etdikləri qərarları əsas götürərək sanki elə belə də olmalıymış kimi davranaraq üstəlik valideyinlər üçün min cür problemlər ortaya çıxarırlar!

SİYASİ PARTİYALARdan heç biri xalqla təmasda deyil! Yalandır! Onlara ancaq onları maliyyələşdirən boslarla təmasdadılar və xalq deyəndə də ancaq və ancaq həmin bosları fikirləşirlər! Xalqla təmasda olsaydılar, bir dəfə də bu problemi qabardar, problemi həlli yollarını arayar, poblemin həlliylə bağlı dövlət qarşısında ardıcıl və sistematik olaraq məsələ qaldırardılar!

İCTİMAİ BİRLİKLƏRin tam əksəriyyəti autizm sindromlu uşaqların valideyinlərinin qanına yerikləyirlər! Bu birliklərin tam əksəriyyəti problemə reabilitasiya məqsədindən daha çox biznes marağı kimi baxırlar!

KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİ üçün sanki belə bir problem yoxdur. Şəbəkə mətbuatı cəmiyyətə eybəcər kodeks sırımaqla məşğuldur. Cılız və gülünc siyasi mövzuları kopirovka etməklə kabinet jurnalistikası üçün autizm probleminin işıqlandırılması hansısa şou əhlinin lüt əndamından daha cılız göründüyü üçün demək olar ki, bu məsələyə toxunulmur!

CƏNAB PREZİDENT!
YUXARIDA ADLARI HALLANAN DÖVLƏT QURUMLARI, BÜTÜN İNSTANSİYALAR, BÜTÜN TƏŞKİLATLAR, BÜTÜN ORQANLAR VƏ BİRLİKLƏR, KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİ autizm sindromlu uşaqların dərdləriylə oynayır, bu problemlə bağlı məsələlərin həllində əsaslı heç bir iş görmürlər!

CƏNAB PREZİDENT, SİZ ALDADILIRSINIZ, AUTİZMLİ UŞAQLAR VƏ ONLARIN VALİDEYİNLƏRİNİN TAM ƏKSƏRİYYƏTİ DƏ DƏRDLƏRİYLƏ BAŞ-BAŞADIR!!!
Baş-başa qaldığımız bu DƏRDİN ƏLACI VƏTƏNDAŞA OLAN CEVGİDƏN VƏ VƏTƏNDAŞA OLAN QAYĞIDAN keçir, "DƏMİR YUMRUQ"dan yox! "DƏMİR YUMRUQ" taktikasını cənab Prezident düşmənlərə münasibətdə işə salmışdı! Əməllər bunu desə də, zatən axı bizlər bir-birimizə düşmən deyilik!
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr