Bakıda 4 yaşlı qız itib
Bakıda azyaşlı qız itib.
beş.az Trend-ə istinadən bildirir ki, hadisə Yasamal rayonu ərazisində baş verib.
Yasamal rayonu, Ü.Ələkbərov küçəsi 116 b ünvanında yaşayan, 1992-ci il təvəllüdlü Əliyeva Ülkər Məmmədağa qızı polisə müraciət edərək bildirib ki, onunla birlikdə yaşayan 2015-ci il təvəllüdlü qızı Orucova Əfruz Elçin qızı mayın 5-də axşam saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı polis araşdırmalara başlayıb.