Peyvənd olunmaq istəyənlərin diqqətinə: SMS...

Manset 03-fev, 05:259 tv713 167 0

Peyvənd olunmaq istəyənlərin diqqətinə: SMS...



Vaksinasiya üçün randevunun götürülmə qaydası açıqlanıb.

Tv 713. az xəbər verir ki, bu, COVİD-19 peyvəndi üçün randevu götürülməsi təlimatında əksini tapıb. Bildirilib ki, "randevu.its.gov.az" saytından qeydiyyatdan keçmək üçün vətəndaş şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi və FİN məlumatını daxil edilir.

"Tibb müəssisəsi” bölməsindən vaksinasiya aparılan məntəqənin adını həm ünvana, həm də məntəqə adına görə axtarmaqla seçim edilir. Məntəqə seçimindən sonra peyvənd olunacaq tarix və saat seçilir, həmçinin məlumatlandırma üçün mobil nömrə qeyd olunur. Təsdiq edtdikdən sonra mobil nömrəyə SMS vasitəsi ilə bildiriş göndərilir.

Təlimatda qeyd edilib ki, vətəndaş qeyd edilən randevu vaxtını və ya məntəqəni dəyişmək istədikdə göstərilən prosesi yenidən icra etməlidir. Məlumata əsasən, gün ərzində 3 dəfə randevu dəyişikliyinə icazə verilir.

"Vaksinasiyanın ilk dozası üçün randevu götürüldükdə avtomatik 2-ci doza üçün də 28 gün sonra həmin müəssisəyə və həmin saat aralığına randevu seçilir. İlk dəfə randevu götürən şəxs ikinci dəfə randevunu dəyişmək istədikdə əvvəlki vaksinasiya randevuları ləğv edilib yenisi ilə əvəz edilir. Seçilən məntəqədə randevu limiti dolan tarix və ya saat aralıqları passiv edilir və seçilməsi mümkün olmayacaq”, - təlimatda qeyd olunub.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr
Yazarlar