Nazirlik Prezident təqaüdü alanlara müraciət etdi

Manset 03-fev, 17:479 tv713 228 0

Nazirlik Prezident təqaüdü alanlara müraciət etdi


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) büdcə təşkilatlarında çalışan, fəxri adlara görə Prezident təqaüdü alan şəxslərə müraciət edib.

ƏƏSMN-dən Tv 713. az-a verilən məlumata görə, dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatlarda çalışan, fəxri adlara görə Prezidentin aylıq təqaüdü alan şəxslərə həmin təqaüd işlədikləri idarə və təşkilatların vəsaiti hesabına, digər şəxslərə isə ƏƏSMN tərəfindən ödənilirdi.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 may tarixli 2009 nömrəli Sərəncamına əsasən, 2021-ci il yanvarın 1-dən fəxri adlara görə bütün təqaüdlər ƏƏSMN tərəfindən verilir.

Ona görə də dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatlarda çalışan, fəxri adlara görə təqaüd alan şəxslərə onlara təqaüd ödənişinin davamlılığının təmin edilməsi üçün aşağıdakı sənədlərlə birlikdə ƏƏSMN-nin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun qeydiyyatda olduqları rayon (şəhər) üzrə bölmələrinə, DOST mərkəzlərinin xidmət göstərdiyi rayonların sakinlərinin isə həmin mərkəzlərə müraciət etmələri tövsiyə olunur:

­ Şəxsiyyət vəsiqəsinin surəti;

­ Fəxri adın vəsiqəsinin surəti.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr
Yazarlar