Türkiyənin "Atmaca"sı hədəfi dəqiqliklə məhv etdi
Türkiyənin “Roketsan” şirkəti tərəfindən hazırlanan gəmi əleyhinə uzaqmənzilli “Atmaca” raketi Sinopda sınaqdan keçirilib.
Tv 713.az xəbər verir ki, hərbi gəmidən buraxılan raket şərti hədəfi dəqiqliklə məhv edib.
Sınaq atışını Türkiyə Hərbi Dəniz Qüvvələri komandanı Adnan Özbal və vali Ərol Qaraöməroğlu da izləyib.
Mərasimdən sonra A.Özbal “Milli məhsulumuz "Atmaca" dosta güvən, düşmənə qorxu verəcək”, - deyə bildirib