Siyasi partiyalara nə qədər maliyyə yardımı ayrılıb
2020-ci ildə Azərbaycanda dövlət büdcəsindən siyasi partiyalara 3,6 milyon manat maliyyə yardımı ayrılıb.
Tv 713. az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Bundan başqa, ötən il kütləvi informasiya vasitələrinin (“Azərbaycan Televiziya və Radio Verilişləri" QSC, İctimai Televiziya və Radio Yayımları Şirkəti, “Mir” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyi, Milli Televiziya və Radio Şurası, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu) fəaliyyətinin təmin olunması məqsədilə dövlət büdcəsindən üst-üstə 50,6 milyon manat vəsait yönəldilib.
Vətəndaş cəmiyyətinin möhkəmlənməsinə və davamlı inkişafına nail olunması, ictimai əhəmiyyətli problemlərin həlli ilə bağlı qeyri-hökumət təşkilatlarına maliyyə yardımının göstərilməsi üçün isə 5,4 milyon manat vəsait ayrılıb.