Bakı bu əməliyyatı gizli reydlər şəklində həyata keçirəcək
Azərbaycan Qarabağ bölgəsində antiterror əməliyyatına başlamaq üçün ordunu qaldırmayacaq.
Tv 713. az xəbər verir ki, bunu mətbuata açıqlamasında Rusiyanın ictimai xadimi, tanınmış tarixçi Dmitri Verxoturov bildirib.
“Düşünmürəm ki, Azərbaycan öz ərazilərini xırda qruplar şəklində terror fəaliyyəti ilə məşğul olan ermənilərdən təmizləmək üçün irimiqyaslı əməliyyata məcbur olsun. Bu prosses Azərbaycanın xüsusi təyinatlı qüvvələri üçün tipik bir gizli reydlər şəklində olacaq. Qarabağda gizlənən erməni terrorçular onsuz da gec-tez ya Rusiya, ya da Azərbaycan xüsusi təyinatlıları ilə üz-üzə qalacaq”, - deyə müsahibimiz qeyd edib.
Onun sözlərinə görə, bu əməlliyat regionun mənzərəsində artıq yeni element olacaq. Bu antiterror reydləri ictimaiyyət üçün “səssiz-səmirsiz” olacaq”.