"Torpaq necə qorunursa, ana dili də elə qorunmalıdır” - SABİR RÜSTƏMXANLI

Manset 21-fev, 15:289 tv713 118 0

"Torpaq necə qorunursa, ana dili də elə qorunmalıdır” - SABİR RÜSTƏMXANLI


Bu gün – 21 fevral Beynəlxalq Ana Dili Günüdür. Artıq bir neçə gündür ki, bu mühüm günlə bağlı tədbirlər keçirməkdə, müzakirələr təşkil etməkdədir.

Tv 713 moderator.az-a istinadla millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı ilə ana dili, onun tarixi və bu günü ilə bağlı mövzuda hazırlanan müsahibəni təqdim edir:

-Sabir bəy, sabah Beynəlxalq Ana Dili Günüdür. Ana dilimizin dünəndən bu günə qədər keçib gəldiyi yol nədən ibarətdir?

- Ana dili uğrunda Azərbaycan xalqı böyük mübarizələr aparıb. Bu mübarizədə böyük qurbanlar verilib, fədakarlıqlar göstərilib. Beynəlxalq Ana Dili Günü mühüm hadisədir. Hər bir xalq öz ana dilini qorumalıdır. Dünya dilləri yer üzünün sərvətidir. Dünyada 5 minə yaxın dil var, amma 200 xalq var ki, onların dili həm də dövlət dilidir. Azərbaycan dili də bu sıradadır. Azərbaycan türkcəsi Çindən başlamış Avropaya qədər böyük bir ərazidə müxtəlif adlar daşıyan, amma kökü bir olan türk dili ailəsinə məxsusdur.
Dilimiz də tarixən böyük məhrumiyyətlər görüb. Şərqdə Çin, şimalda rus, cənubda fars, qərbdə isə Avropa dillərinin təsirinə məruz qalıb. Dilimiz hərtərəfli təzyiqlər altında əzilib, sıxılıb. Bu gün 7 türk dövləti var və bu türk dövlətlərinin hesabına türk dilinin qolları inkişaf etməkdədir.


- Ana dilini fərd və xalq üçün bunca önəmli edən nədir?


- Ana dili insanın varlığıdır. Dil varsa millət var, dil varsa şəxsiyyət var. Ona görə də ana dili uşağa körpə yaşlarından öyrədilməli və sevdirilməlidir. Hətta tibbi mülahizəyə görə uşaq ana bətnində olanda belə çevrəsində baş verənləri hiss edir. Ona görə də bəzən hamilə qadınlar bərkdən kitab oxuyur. Ana bətnində də uşaq ana dilini, ana laylasını eşitməlidir. Bağçadan başlayaraq uşaq ana dilində tərbiyə almalıdır. Sonra isə təbii ki, başqa dilləri örənə bilər. İlk təhsil isə ana dilində olmalıdır. Çoxlu araşdırmalar var ki, bu, dilin həm də genetik bir amil olduğunu göstərir. Uşağın geninə hopan dildə danışmayanda, şübhəsiz onun şəxsiyyət kimi inkişafı ləngiyir. Ona görə də daha çox öz ana dilində oxuyanlar içərisindən böyük yazarlar, mütəfəkkirlər çıxır. Bunlar elmlə sübut olunan məsələlərdəndir.

- Sabir bəy, 18 fevral 2021-ci il tarixində 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 21 Fevral Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Dil hər bir xalqın sərvətidir” adlı onlayn dəyirmi masa keçirildi. Sizcə ana dili ilə bağlı bu cür tədbirlər dilin təbliği, ana dilinin uşaq və yeniyetmələrə sevdirilməsi baxımından nə dərəcədə önəmlidir?

- Ana dili ilə bağlı maarifləndirici tədbirlərin önəmi olduqca böyükdür. Əgər hər hansı bir tədbir ana dilinə, onun önəminə, təmizliyinə, təbliğinə xidmət edirsə, deməli o, cəmiyyət üçün faydalıdır. Hər bir insan ana dilinin incəliyinə bələd olmalı, onun böyüklüyünü, qüdrətini dərk etməlidir. Belə tədbirlər dilin imkanlarının uşaqlara, yeniyetmələrə izah edilməsi baxımından da önəmlidir. Odur ki, bu cür tədbirləri alqışlayır, dilimizin bu günü və gələcəyi baxımından əhəmiyyətli hesab edirəm.

- Ana dilimizin mövcud durumu ilə bağlı düşüncəniz nədən ibarətdir? Bu gün dilimizin qorunması üçün gərəkli addımlar atılırmı?

- Şükürlər olsun ki, Azərbaycan türkcəsi bu sıxıntılardan keçib. Dilimiz dünyada tanınan, qəbul edilən bir dövlətin dilidir. Artıq bu dil rəsmi dövlət səviyyəsində qorunur. Ölkəmizdə Dövlət Dil Komissiyası mövcuddur. Mən də o komissiyanın üzvüyəm. Ölkə başçısı bu komissiyaya başçılıq edir. Ölkə başçısı səviyyəsində, prezident səviyyəsində dilimizin qorunması siyasəti aparılır. Bu, dövlətimizin ana dilinə olan diqqət və qayğısının göstəricisidir. Dilin qorunması torpağın qorunması qədər mühüm bir işdir və bu məsələdə son dərəcə diqqətli olmaq lazımdır.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr