İrəvana gedən Lavrovun təhlükəli “Hadrut planı”

Manset 06-may, 17:359 tv713 40 1
İrəvana gedən Lavrovun təhlükəli “Hadrut planı”



Lavrovun İrəvana getdiyi gün “Hadrut erməniləri”nin Ermənistan Xarici İşlər Nazirliyinin önündə aksiya keçirməsi təsadüfi deyil. Ermənilər sülhməramlıların nəzarət etdiyi ərazilərə yox, məhz Hadruta qayıtmağı tələb edirlər.

Bu, rusların erməni qoşunların Qarabağda çıxarılmasından sonra ehtiyatda saxladıqları “Hadrut planı”nın tərkib hissəsidir. Çünki ermənilərin Hadruta qayıtması rus sülhməramlılarının da bu əraziyə daxil olması deməkdir və burada iki hədəf var.

Siyasi hədəf: ermənilərin Hadruta qayıtması “status” məsələsində perspektiv imkanlar yarada bilər;

Hərbi hədəf: Hadrut Şuşa, Laçın, Xankəndi ilə sərhəddir. Azərbaycan Ordusunun bu bölgədəki mövqeyi ermənilərin yaşayacağı Xankəndi və Xocavəndin bir hissəsinə nəzarət imkanı verir. Ermənilər qayıdarsa və Hadrutda rus sülhməramlıları yerləşərsə, Rusiya bütün Araz boyu istiqamətinə - Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan – nəzarət etmək imkanı qazanır.

Müharibə vaxtı Ermənistana gedən bütün erməni “qaçqın”ların məhz “Hadrut uğrunda” təşkilatı ətrafında birləşməsi də buna hesablanmış addımdır. İndi Lavrovun İrəvana gəlişi günü eyni tələblər yenidən gündəmə gətirilir və bu, erməni mülki əhalinin Hadruta qayıtmasına şəraitin yaradılması məsələsinin Rusiya baş diplomatının Bakıya gətirəcəyi təklif-istək siyahısında yer alacağı ehtimalını önə çıxarır.

Moskva erməni qoşunların çıxarılmasından sonrakı dövrdə Qarabağda strateji üstünlük qazanmağa çalışır.

Bakının isə hər hansı güzəştə gedəcəyi mümkün görünmür...
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr