Törədilən soyqırım və Mütəllibov hakimiyyətinin susqunluğu

Şahidlər və Şəhidlər 11-may, 19:039 tv713 165 0
RAFİQ ŞÜKÜROV: “Ermənilər Dağlıq Qarabağ ərazisini tərk edirdilər”

Törədilən soyqırım və Mütəllibov hakimiyyətinin susqunluğu


“1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə rus və erməni birləşmələri tərəfindən insanlığın xislətinə sığmayan üsullarla törədilən Xocalı soyqırımından sonra demək olar ki, bütün Azərbaycan ayağa qalxmışdı. Amma nə yazıq ki, o zamankı hakimiyyət vəziyyəti düzgün qiymətləndirərək mövcud qüvvələrin mübarizəsini bir istiqamətə yönləndirmək əvəzinə əksinə baş verənlərin özünü belə xalqdan gizlətmiş, siyasi olimpə doğru gedən yolda millətçilik və dövlətçilik maraqlarımızı ayaqlar altına atmışdı. Əgər belə olmasaydı o zamankı Mütəllibov hakimiyyətinin informasiya resursları “Xocalıda 2 nəfər adam ölüb” deməklə əsil həqiqətləri xalqdan gizləməz, rus və erməni faşizmi qarşısında xalqın coşan qəzəbini millətin, Vətənin müdafiəsinə yönləndirməklə məşğul olardı. Amma biz bunu görmədik”…

Bu fikirlərin müəllifi o zaman işğaldan sonra “Laçın batalyonu” kimi tanınan 713 nömrəli hərbi hissənin döyüşçüsü RAFİQ ŞÜKÜROV o illərə ekskurs edib Vətən Savaşında əsgəri olduğu 713 saylı hərbi hissənin keçdiyi döyüş yoluyla bağlı xatirələrində danışır.


“Mən o zaman Nəsimi rayon hərbi komissarlığına iki dəfə müraciət etsəm də, çox təəssüf ki, müsbət cavab ala bilmədim. Mənə dedilər ki, lazım olsa özümüz səni çağıracağıq. 1992- ci il 18 mayda Laçın rayonunun işğalından sonra mən yenidən hərbi komissarlığa müraciət etdim. Yenə də eyni cavabı verdilər. Belə bir dönəmdə komissarlıqların məsələyə münasibətdə laqeyd yanaşmalarından adam dəhşətə gəlirdi.

Sonra eşitdim ki, keçmiş “Bakı Soveti” metrosunun yaxınlığında Sərdar Bünyadov 10-da Zamanov Alış bir qərargah yaratmış və o qərargaha könüllüləri cəlb edir. Mən iyul ayının əvvəllərində qərargaha gəlib ona könüllü olaraq orduya getməyimi bildirdim. Qərargahdan mənə iyul ayının 16-da gəlməyimi bildirdilər. İyul ayının 16-da həmin qərargaha getdim. Orada mənə hərbi forma verib 18 iyul 1992-ci ildə qərargaha gəlməyimi bildirdilər. Mən həmin günü səhər tezdən qərargaha gəldim. Orada məndən başqa da könüllülər var idi. Bizim hamımızı qeydiyyatdan keçirəndən sonra avtobuslara yığdılar. Və bizi o vaxtkı ordu idman klubunun stadionuna gətirdilər. Orada bizdən qabaq gələn uşaqlar da var idi. Həmin stadionda hamını yenidən bir-bir yoxlayıb avtobuslara mindirdilər. Biz Bakıdan çıxıb Laçına getdik.


MUROVDAĞDAN PİÇƏNİSƏ DOĞRU

İyulun 19-u səhər tezdən biz Toğanada olduq. O zaman Murovdağdan Kəlbəcərə təzə yol çəkilmişdi. Arzularımızın bütövləşməsinə, tamlaşmasına gedən yol idi bu yol. Bu yolu keçdikcə sanki ümidlərimiz də dirçəlirdi. Fikirləşirdim ki, bunca çətinlikləri adlayaraq qarlı dağların başından yol çəkmişiksə, demək artıq düşmən basılıb. Biz həmin yolla Murov dağına qalxdıq. Elə həmin günü çox çətinliklə Laçın rayonunun Piçənis kəndinə gəlib çatdıq.

Onda 713 nömrəli hərbi hissənin qərargahı Laçın rayonunun Piçənis kəndində yerləşirdi. Bizi orada 713 saylı hərbi hissənin tərkibində olan Nəsibov Budağın komandiri olduğu 3-cü bölüyə qəbul etdilər. Və mən ilk dəfə orada 713 saylı hərbi hissənin komandiri mayor Əhmədov Süleyman, hərbi hissənin qərargah rəisi Rzaquliyev Füzuli və Nəsibov Budaqla tanış oldum…

Bizim Piçənisə gəlişimizdən 3 gün keçmişdi. Məlumat gəldi ki, gecə Vağazin kəndində güclü atışma olub və bizi köməyə çağırıblar. Bizim bölük saat 4 radələrində Vağazin kəndindəki əsgərlərə köməyə getdi. Biz ora çatanda atışma artıq dayandığına görə yenidən Piçənis kəndinə geri qayıtdıq…


PİRCAHANA İLK GEDİŞİMİZ


O vaxtı Azərbaycan ordusu bütün istiqamətlərdən ermənilərə hücuma keçmişdi. Və ermənilər Dağlıq Qarabağ ərazisini tərk edirdilər.

Səhv etmirəmsə, 2 gündən sonra qərargah rəisinin müavini Rüstəmov Mehdi, Səfərəlıyev Bəhman və mən Pircahan kəndinə getdik.

Birinci və ikinci bölüyün döyüşçüləri artıq Pircahanda idilər. Mehdi birinci və ikinci bölüyün komandirləri ilə görüşənə qədər mən erməni işğalçıları tərəfindən xarabalığa çevrilən kəndimizi seyr etdim. Qəhər məni boğurdu…

İyul ayının 30-da ikinci bölüyün komandiri Vaqif Quliyev öz bölüyü ilə Hoçaz kəndinə kəşfiyyata getmiş və orada ermənilərin güclü müqavimətinə rast gəlmişdilər. O zaman üçüncü bölüyü köməyə çağırdılar. Biz Pircahan kəndinə gəldik. Pircahanda bizə bildirdilər ki, Hoçaza getmək lazım deyil. O zaman ikinci bölük Hoçazda çoxlu erməni quldurlarını məhv etmişdi. Çox təəssüf ki, bu qeyri-bərabər döyüşdə ikinci bölükdən də 7 nəfər şəhid olmuşdu. Beləcə biz Biçənis kəndinə qayıtdıq.

“BİRİNCİ BÖLÜKDƏN 4 DÖYÜŞÇÜMÜZ ŞƏHİD OLDU”

Nəhayət avqustun 2-də 1992-ci ildə üçüncü bölüyün şəxsi heyəti tam formalaşandan sonra bizi Pircahan kəndinə gətirdilər. Elə həmin günü biz ermənilərin güclü artilleriyası ilə qarşılaşdıq. Pircahanda bizim bölüyün də öz döyüş mövqeyi var idi. Biz döyüş mövqelərimizi möhkəmləndirməklə məşğul olduq. Avqustun 5-i səhər tezdən Bülüldüz kəndindən Pircahan çayına doğru ermənilərin irəlilədiyini müşahidə etdik. Və bizim üçüncü bölük dərhal postlardakı əsgər yoldaşlarımıza köməyə getdik. Ermənilər bir UAZ, bir BMP, xeyli sayda canlı qüvvə ilə Pircahan çayına doğru irəliləyirdilər. Orada ermənilərlə güclü atışma oldu və ermənilər bizim qüvvələrimizin qarşısında duruş gətirə bilməyib geri çəkilmək məcburiyyətində qalsalar da, Bülüldüz kəndindən BMP-nin atdığı mərmidən birinci bölüyün 4 döyüşçülərindən olan 4 qardaşımız da bu döyüşdə şəhid oldu. Pircahan kəndi demək olar ki, hər gün ermənilərin güclü artilleriya zərbələrinə məruz qalırdı. Buna baxmayaraq 713 saylı hərbi hissənin döyüşçüləri bu zərbələr qarşısında cəsarətlə dayanırdılar”...


İGİD TEYMURLU
Tv 713. az













Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr