FUAD ƏLİYEV: "Artiq Türkiyə-Rusiya tandemi formalaşır"

Siyasət 17-iyn, 14:579 tv713 105 0

FUAD ƏLİYEV: "Artiq Türkiyə-Rusiya tandemi formalaşır"


Azərbaycan tarixində çox mühüm hadisə baş verib - işğaldan azad olunmuş Şuşa şəhərində Türkiyə ilə ölkəmiz arasında mühüm sənədlər imzalanıb. Türkiyə və Azərbaycan dövlət başçılarının imzaladığı müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi ölkələr arasındakı münasibətlərin bütün sahələrini əhatə edir."

Tv 713 . az xəbər verir ki, bu fikirləri "İki sahil"ə açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev söyləyib.

Partiya sədri vurğulayıb ki, Şuşa Bəyannaməsində Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunması, Azərbaycan və Türkiyəni birləşdirəcək "Zəngəzur dəhlizi"nin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının daha da inkişafı, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələlər yer alır: "Şuşa Bəyannaməsi Cənubi Qafqaz regionunun gələcək taleyini həll edəcək bir sənəddir.
İlham Əliyev və Tayyib Ərdoğan Şuşa Bəyannaməsində qeyd olunduğu kimi, qarşılıqlı öhdəliklərlə hərbi müttəfiqliyi rəsmiləşdirmiş oldular.
Digər bir məqamı da qeyd etmək istəyirəm. Sənəddə Azərbaycan və Türkiyəni birləşdirəcək avtomobil və dəmir yolu xəttinin inşası nəzərdə tutulur. Azərbaycan və Türkiyə "Zəngəzur dəhlizi" ilə bağlı layihənin reallaşdırılmasında siyasi iradəni rəsmən bəyan etdilər. "Zəngəzur dəhlizi" Qərblə Şərqi birləşdirəcək nəqliyyat-kommunikasiya marşrutu olacağ. "Zəngəzur dəhlizi"ndən keçən nəqliyyat-kommunikasiyalar qonşu ölkələrin də marağındadır. İran və Rusiya regionun inkişafına yönələn layihələrə dəstək verəcəklərini bəyan ediblər."

Fuad Əliyev bildirib ki, artiq Türkiyə-Rusiya tandemi formalaşır. Bu dövlətlər qeyri-rəsmi şəkildə 30-40 illik strateji məsələlərdə razılaşma əldə ediblər. İndi görürük ki, bu tandem Qarabağı işğaldan azad olunması məsələsinə öz təsirini göstərib. Rəcəb Tayyib Ərdoğan Ermənistanın ortaq gələcəyi birlikdə qurmaq fürsətini düzgün dəyərləndirəcəyinə ümid etdiyini bildirib.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr