Hikmət Hacıyevin "klaker" dəstəsi

Yazarlar 10-iyl, 15:189 tv713 152 0
Hikmət Hacıyevin "klaker" dəstəsi


ETİBAR HÜSEYNOV

II yazı


Mən heç vaxt kütlənin, qaragüruhun rəyi ilə hesablaşmadım. Və yürüdüyüm hədəflərdə öz həqiqət bildiklərimə arxalandım. Çox vaxt, nə qədər çətin və ağır olsa da, axına qarşı getdim. Amma bu baxımdan zaman da göstərdi ki, qənaətim doğrudur və kütlə istəyi çox vaxt reallıqla üst-üstə düşmür. İndi bu gün də həmin kütlə Hikmət Hacıyevin süni yaratdığı eyforiyanın təsiri altındadır. Qaragüruhun isə istəyinə qarşı getmək çox çətin və təhlükəlidir. Çünki o, özünə idol bildiyi bir kimsə haqqında tərifdən kənar heç nə eşitmək istəmir. Bunu edəni isə ayaqlar altına alıb linç edər, külünü göyə sovurar. Kütlə, elə buna görə kütlədir, qaragüruh da ona görə qaragüruh adlanır. Özünü ona sevdirmək, arxanca aparmaq çox asandır. O proqmatiklikdən uzaqdır, idarə olunan bir toplumdur. Hikmət Hacıyev də bunu yaxşı bilir. Kütlənin nəbzini tutub, ona xoş gələcək bir-iki jest eləyib; uşaqla şəkil çəkdirib, xanım jurnalistin mikrofonun saxlayıb, guya ki, işə piyada gedib-gəlir və.s. Bununla da olub kütlənin "sevimlisi". İndi neçə gündür ki, bu kütlə tökülüb üstümə. Adi bir tənqidi çıxışıma görə təhqir-söyüş, təhdid, o cümlədən də ölümlə hədələr yağış kimi yağır. Və bunu da Hikmət özü idarə eləyir. Çünki ortadakı troll dəstəsinin dəsti-xətti fərqlidir; daha amansız, daha qəddardır. Haqqımda deyilən və yazılanların hamısını skrin edib saxlayıram.Nə vaxtsa qoyacam ortalığa
***
Ən dəhşətlisi budur ki, kin-nifrət, qəzəb püskürən bu qaragüruhun yazdıqları içərisində bircə nəfər də olsun ağıllı, təmkinli fikir bildirən, "nə üçün, niyə yazdın? deyə soruşan yoxdur. Müsavat Tv-dəki çıxışımın tam mətnini cəmləşdirib təqdim edəcəm sizə. Hələliksə dediklərimin annotasiyasını qısaca olaraq diqqətinizə təqdim edirəm.
1-ci. "Hikmət Hacıyev mətbuata ayrılan yardımı təyinatı üzrə deyil, sələfi Əli Həsənovun yolu ilə gedərək özünə troll dəstəsi saxlamaq üçün paylayır. Və həmin dəstə də 44 günlük müharibə dövründə Ali baş komandan, əsgər və zabitləri kənara qoyub Hikmət Hacıyevdən Milli qəhrəman, qələbənin memarı, əsas səbəbkarı obrazını yaratmaqla məşğul oldu".
Haşiyə; Hikmət Hacıyevə görə sinəsini yırtanların bir arqumenti də budur:" O kişi 44 gün gecələr yatmadı. Mətbuat konfranslarında da nə qədər yuxusuz, yorğun olduğu bilinirdi" Bu fikri söyləyənlərə cavab olaraq bir sual verib keçirəm növbəti açıqlamama: "O 44 gün ərzində Vətənini, torpağını azacıq da olsa sevən hansı bir sıravi vətəndaşın gözünə yuxu getdi ki, ölkə Prezidentinin köməkçisinin də gələ? Amma cənab Hacıyevdən fərqli olaraq bir çoxları bunu onun qədər abartmadı. Nə isə..
2-ci mən demişəm ki, "Heç bir ictimai-siyasi çəkisi olmayan, tanınmayan sayt və qəzetlərə pul verilməsinin əleyhinəyəm. Tanınmış jurnalistlərə ev verilsin, (çünki indiki zamanda jurnalist maaşı ilə mənzil almaq çox çətindir) toyu-yası, xəstəsi olanlara da yardım edilsin. Amma ayrılan maliyyə gərəksiz, mənasız yerlərə xərclənməsin. Siyahıda heç kəsin tanımadığl 4 futbol profilli sayta da pul ayrılıb. (Deyilənə görə onlardan ikisi ümumiyyətlə açılmır) Futbolu bərbad ölkədə buna nə ehtiyac var ki? Ondansa o pulu verin rəhmətə getmiş, bu gün ailəsi 100 problem içində çabalayan bir çox dəyərli qələm sahiblərinin ailə üzvlərinə.
P.S Bəlkə düz deməmişəm?..
****
Orta əsrlər Yunanıstanında (o cümlədən Romada) "klaker" adlanan şəxslər varmış. "klaker" tərcümədə- "süni atmosfer yaradan şəxs" deməkdir.. Deməli bu adamlar da müəyyən miqdarda pulun müqabilində teatra gedir, sifarişçinin istəyinə uyğun olaraq tamaşanın ortasında və ya finalında gurultulu alqışlar edir və ya əksinə- ayaqlarını yerə döyüb, fitə basırmışlar. İndi bizim hörmətli Hikmət Hacıyev də klaker dəstəsi saxlamaq metodunu seçib. Dünənə qədər onlardan özünüreklam məqsədi ilə istifadə edirdi. Bir neçə gündür ki, fitə basıb, söydürmək tapşırığı verib..
P.S Sual verirəm sizə: Siz (dünyada)heç özünü hansısa müğənni, aktyor, idmançı kimi sosial şəbəkələrdə reklam elətdirən ikinci bir Prezident köməkçisi tanıyırsızmı? Belə bir halla rastlaşıbsınızmı? Bəs Hikmət Hacıyev bunu hansı məqsədlə edir? Bunu necə və kimlərin əli ilə reallaşdırır? Bax bu bir az geniş mövzudur. Ona görə də saxlayıram sabaha..
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr