Erməni terrorizminə dəstək, yoxsa diplomatiya?
ƏLÖVSƏT ƏLİYEV: "Səfirlərin atdıqları addım diplomatik fəaliyyəti tənzimləyən beynəlxalq qanunlara ziddiir"
Məlum olduğu kimi Azərbaycanda akkreditə olunan bir qrup diplomatın 9-10 iyul tarixlərində işğaldan azad olunmuş Füzuli rayonuna və Şuşa şəhərinə səfəri təşkil edildi. Lakin nədənsə, Minsk Qrupunun həmsədri olan ölkələrin - ABŞ, Fransa və Rusiyanın, habelə Almaniya və digər ölkələrin səfirləri bu səfərdən imtina etdilər
Tv 713. az xəbər verir ki, Səfirlərin bu səfərdən imtinasına öz münasibətini bildirən hazırda Almaniyada mühacirətdə olan, tanınmış hüquqşünas ƏLÖVSƏT ƏLİYEV öz açıqlamalarında bunu Azərbaycan xalqına və Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik kimi dəyərləndirib: "Səfirlərin atdıqları addım diplomatik fəaliyyəti tənzimləyən beynəlxalq qanunlara ziddir. Səfərdən imtina Azərbaycan üçün ciddi xəbərdarlıqdır və səbəbləri araşdırılmalıdır. Bu münasibət onu deməyə əsas verir ki, 1992-ci ildə BMT-yə üzv olarkən Azərbaycanın tanınan sərhədlərinə adı çəkilən ölkələrın münasibəti şübhəlidir.
Bu ölkələr, Azərbaycan xalqının Azərbaycan ordusu və ölkə rəhbərliyi ilə ilə birlik nümayişini və BMT qətnamələrinin icrasına nail olmasını, işğal olunmuş ərazilərin azad olunmasını həzm edə bilmir.
İndiki vəziyyətdə diplomatların bu davranışı erməni terrorçularına yanakı dəstək verməyə, Azərbaycanla Ermənistan arasındakı gərginliyin artmasına xidmət edir"...
Qeyd olunan diplomatık nümayəndəliklərin bu münasibətinə Xarici İşlər Nazirliyi təcilli həm də fərdi qaydada aydılıq gətirilməklə ölkə vətəndaşlarını məlumatlandırmalıdır".
Müşfiq Rəhimov
Tv 713.az