Qurbandır.

Yazarlar 21-iyl, 11:129 tv713 166 0
Qurbandır.

İDRİS HEYDƏRLİ


"Qurbandır",
dilin ağızlara yaddaş olaraq yazdığı təməl kəlmələrdən biridir,
"Qurbanın olum",
"qurban olsun",
"qurban verdi",
"sənə qurban"
kimi ifadələri söyləyən bir cəmiyyətdə Qurban bir gün gəldi ki,bayram oldu,
Bu bayramın tək fərqi hər kəsin "qurban kəsməsi" dəbə döndü.
Bayramlaşdı.
Bu bayram din bayramı adı aldı.
DinDə bayram varmı?
Din insanlara yaşamaq hikmətinin mənalarını göstərəndir,o mənaları tapıb bayramlaşdırmaq və ya mərasimləşdirmək istəyən isə insandır.
Bayram insanlara aid seçimdir,din insana bunu seç məcburiyyətini yükləməz.
Ağlım kəsəndən qurban kəsilib evimizdə,bu qurbanların isə mütləq bir adı olub,
Niyyət edib,qurban demək həyatımızın ana parçalarından biri idi,
Bir qurban var idi ki,
O fərqli idi,
Adına İsmayıl qurbanı deyərdik,
O gün kəsilən qurban hamıya bərabər şəkildə paylanardı,hər kəsin evində o gün qaynayan qazanda İsmayıl qurbanı bişirilərdi,
O gün ac qalan olmazdı.
Bir gün hər evin ocağında qazan qaynardı,kimsə kiməsə möhtac olmazdı,hər kəs öz ocağının dadını hiss edərdi,hər kəs öz öcağında Ailəcə bərabər gün yaşardı,
Amma bu bayram düşüncəsi deyildi,bu İsmayıl nəslinin çəkdiyi ağrılara yaşamaq öyrədən dərsin qurbanlaşması idi."Qurbanın olum"u,"qurban olsun" kəlməsini dil üçün düstür edəcək yaşananlar,həyat dərsləri idi.
İki qurban yaddaşı ilə böyüdüm,biri kiminsə qurban deyib, kəsib 7 evə payladığı qurbanlar,digəri İsmayıl qurbanı idi.Birinci qurban il boyu kəsilərdi,zamana bağlı olmazdı,
İsmayil qurbanı isə zamana bağlı idi,
Bu gün hər kəsin qazandığı,ona məxsus olandan vaz keçə bilmə günü idi,
O gün ortaq bir insan olma,qurban verə bilmə günüdür ki,
Hər kəs insan olduğunun təməl duyğusunu yaşasın,
Bərabər paylaşma,bərabər yaşama,bərabər insan olma,
Bərabər hesab vermə günü idi.
Kimsə kiməsə möhtac kimi,varlı kasıb kimi baxmayan bir günü Bayram saya bilərik,
O gün bir cöngə olduğu dəyərdən qat qat aşağı olur,nə satan,nə kəsən,nə saxlayan qazancı düşünmür,alan da imkanı olmayanı ala bilmək gücündə olur,imkanı olan da gücünü göstərməkdən məhrum olur,ən kasıbın ala biləcəyi dəyərə qurban olur.
Hər kəs qurban verir,bərabərləşir,İsmayıl olur.
İsmayıl hekayəsi səbrin,Allaha bağlı yaşamanın hekayəsidir,
"Qurban olma"dır,itirdiklərinə verilən mənaların dərsidir.
"Qurban bayramı İsmayil qurbanı düşüncəsi ilə bizlərə unuduldu,
Qurban kəsmə və paylama düşüncəsi ilə ticari bir hesaba döndü.
Bu hesab varlı və kasıbın hesablaşmasıdır artıq.
Qurbandı,deyib tökülən qanları,kəsilən başları,yeyilən ətləri İslam adı ilə bağlamayın,
Bu mərasimlər minilliklər boyu "Tanrılara"aid olan inancdan qaynaqlanır,
Düşünə bilmədiyimiz,ağlımızın kəsmədiyini öncə suallara döndərin ki,
Anlayaq,
Qurban kimə bayramdır?
İslamamı,insanamı?
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr