İrəvanın 2 sentyabra təxribat hazırlığı

Manset 28-avq, 15:009 tv713 59 0
İrəvanın 2 sentyabra təxribat hazırlığı

Azərbaycan tərəfi sentyabrın 2-də separatçı-terrorçu rejimin qondarma “müstəqillik günü”nün 30 illiyini qeyd etmək istəyənlərlə bağlı ciddi addım atmalıdır.

Bunu ölkə mətbuatına açıqlamasında politoloq Tofiq Zülfüqarov deyib.

“Xüsusilə bu məsələdə Rusiya sülhməramlılarına ciddi xəbərdarlıq edilməlidir. Əvvəla ona görə ki, belə bir günün “qeyd edilməsi” həm 10 noyabr bəyanatının kobud şəkildə pozulması, həm də Rusiya sülhməramlılarının vəzifə səlahiyyətlərini yerinə yetirməməsi deməkdir. Xankəndi və ətrafı müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarətindədir. Yəni ermənilərin burada edəcəyi istənilən insidentdən onlar cavabdehlik daşıyır. Buna görə də nə olur-olsun, Rusiya sülhməramlıları belə bir günün keçirilməsinə icazə verməməlidir.

Rəsmi Bakı məsələ ilə bağlı həm Moskvaya, həm də Rusiya sülhməramlılarının komandalığına xəbərdarlıq etməlidir. Bundan əlavə, Azərbaycan Rusiya sülhməramlıları ilə birlikdə Laçın dəhlizinə nəzarəti həyata keçirməlidir. Qarabağa heç bir xarici ölkə vətəndaşı qanunsuz keçə bilməz. Ermənistan vətəndaşları da xarici ölkə vətəndaşı sayılır və eyni qaydada onlar da Qarabağa rəsmi Bakının icazəsi olmadan buraxılmamalıdır”.
T.Zülfüqarov onu da qeyd edib ki, 44 günlük müharibədən sonra çətin ki, Ermənistandan hansısa rəsmi şəxs qondarma qurumun ”müstəqillik günü”ndə iştirak etməyə cəsarət etsin (axar. az).
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr