Zəngəzur dəhlizinin açılması geri dönüşü olmayan prosesdir

Manset 27-okt, 06:299 tv713 24 0
Zəngəzur dəhlizinin açılması geri dönüşü olmayan prosesdir


İki Qardaş əmin olmasa, bu təməli atmazdı...

Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana 2021-ci ildə sayca 3-cü səfərini gerçəkləşdirdi. Ərdoğan İkinci Qarabağ müharibəsindən sonra əvvəlcə Bakıda keçirilən Qələbə paradında iştirak etdi, ikinci dəfə Şuşaya getdi və Azərbaycan Prezidenti İlham Əliyevlə birgə müttəfiqlik bəyanatına imza atdı, üçüncü səfərini isə birbaşa Qarabağa etdi, onun təyyarəsi yeni tikilən Füzuli hava limanına endi.

Tv 713 .az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Füzuli və Zəngilana ötən gün gerçəkləşən səfərini şərh edərkən deyib.

Politoloq bildirib ki, Ərdoğan bu səfərləriylə ətraf aləmə Türkiyənin Cənubi Qafqazda, Azərbaycanda və Qarabağda mövqelərini gücləndirdiyini göstərdi:

“Ərdoğan İlham Əliyevlə birlikdə Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) təməlini qoydu. Bu o deməkdir ki, Türkiyə və Azərbaycan Zəngəzur dəhlizinin açılmasına hazırlaşır və bu geri dönüşü olmayan prosesdir. Türkiyə və Azərbaycan prezidentləri Zəngəzur dəhlizinin açılmasına əmin olmasaydılar, yeni yolun təməlqoyma mərasimini təşkil etməzdilər. Deməli, bu məsələ həm Rusiya, həm də Ermənistan hakimiyyəti ilə razılaşdırılıb. Rusiya Prezidenti Vladimir Putin Valday diskussiya klubundakı son çıxışında dedi ki, Azərbaycanla Ermənistan və Türkiyə arasında dəhlizlər açılmalıdır. Zəngəzur dəhlizinin açılması Rusiyanın da maraqlarına cavab verir. Rusiya bu dəhlizdən istifadə edərək Ermənistana və Türkiyəyə çıxış imkanı qazanmaq istəyir. Ermənistanın Baş naziri Nikol Paşinyan da son çıxışında Naxçıvanla Azərbaycan arasında nəqliyyat xətlərinin açılacağını vurğuladı”.

E.Şahinoğlunun fikrincə, Rəcəb Tayyib Ərdoğanın Qarabağa səfərinin başqa əhəmiyyəti də var idi:

“Noyabrın ilk ongünlüyündə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Moskvada görüşü gözlənilir. Böyük ehtimalla Azərbaycan Prezidenti Moskvadakı görüşün detalları barədə Rəcəb Tayyub Ərdoğanı məlumatlandırıb. İkinci Qarabağ müharibəsindən sonra rəsmi Bakı Ermənistanla bağlı siyasətini Türkiyə ilə razılaşdırır. Bu, Azərbaycanla Türkiyə arasında müttəfiqlik və Şuşa bəyannaməsinin ruhuna uyğundur. Eyni ilə rəsmi Ankara da Ermənistan siyasətini rəsmi Bakı ilə razılaşdırır. Misal üçün Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu bildirib ki, Türkiyə Ermənistanla sərhəd məsələsini rəsmi Bakı ilə məsləhətli şəkildə həll edəcək”.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr