İrəvanda yeni qanun: Qarabağ erməniləri çarəsiz qaldı

Manset 02-noy, 12:289 tv713 32 0

İrəvanda yeni qanun: Qarabağ erməniləri çarəsiz qaldı

Ermənistanda pasportlarla bağlı dəyişiklik təklifi Qarabağdakı separatçıların narazılığına səbəb olub.

Tv 713 .az “Azadlıq” radiosuna istinadla xəbər verir ki, yeni dəyişikliyə əsasən, yeni pasportlarda bundan sonra doğum yeri kimi şəhər yazılması təklif olunur. Qarabağ separatçıları isə hesab edirlər ki, bu, xarici ölkələrə gedəndə onlar üçün problem yarada bilər. Problem isə ondan ibarətdir ki, Qarabağ separatçıları xaricə Ermənistan vətəndaşları kimi viza alıb gedirlər. İndi, məsələn, Azərbaycanın Xankəndi şəhərində doğulan erməninin pasportunda doğum yeri “Stepanakert” yazılmış olsa, ona viza verilməyə bilər.

Artıq pasportlarla bağlı təklif yeni qanun layihəsində öz əksini tapıb. Layihə bu günlərdə Nazirlər Kabinetində təsdiqlənib. İndi parlamentdən keçməlidir.

Qarabağ separatçılarının nümayəndəsi David Babayan dəyişikliyə etirazını bildirir. Babayan deyir ki, hazırkı variant daha yaxşıdır:

“Doğum yeri kimi Ermənistan Respublikası yazılması ən yaxşı variantdır. Ola bilər ki, bəzi vətəndaşlar pasportda doğulduğu kəndi, şəhəri qeyd edəndə viza ala bilməsinlər. Bu məsələlərlə bağlı böyük problemlərimiz var”.

Layihənin müəllifi, pasport və viza idarəsinin keçmiş rəisi Mnatsakan Biçaxçiyan isə deyir ki, vətəndaşa ya yaşadığı, ya da doğulduğu yeri qeyd etdirməklə bağlı seçim veriləcək:

“Vətəndaşa təklif olunacaq ki, doğum yeri kimi ölkə göstərsin. Məsələn, ABŞ, Ermənistan, Fransa və s. Amma vətəndaş özü müraciət etsə ki, mənim doğum yerimi Rusiya yox, Moskva yazın, onda elə də yazılacaq”.

Qarabağ separatçıları isə hətta bu seçim imkanında da problem görürlər.

“Ola bilər ki, vətəndaş o incəlikləri anlamasın. Vətənpərvərlik nöqteyi-nəzərindən desin ki, elə “Stepanakert” yazın. Sabah da adam xəstələnərsə və ya xaricə getmək məcburiyyətində qalarsa, pasportunda “Stepanakert” qeydini görüb viza verməyəcəklər”, - Samvel Babayan deyib.

Qarabağdakı ermənilərin “pasportları” Ermənistan əhalisinin pasportundan ancaq içindəki şifrələrlə fərqlənir. Babayan iddia edir ki, hətta bunun özü də indi onlara problem yaradır. Deyir ki, bəzi ölkələr Qarabağ ermənilərini öz ərazisinə buraxmır.

“Ona görə ki, Azərbaycan lobbiçilik edir. Müxtəlif ölkələrə rüşvət verir ki, kim Qarabağdandırsa, ona viza verməyin. Bu hadisərlə bir çox ölkələrdə qarşılaşmışıq. Hətta inkişaf etmiş ölkələr arasında da elələri var ki, qeydiyyat yerini görüb viza vermirlər. Nədir, qarabağlılar terrorçudur? Biz indi yaxşı düşünməliyik. Əgər bu maneələr yaradılacaqsa, bu dəyişikliyə getməməliyik. Ən düzgünü budur ki, hamısına Ermənistan Respublikasının vətəndaşı yazaq. Bizim idmançılar xaricə getməlidir, onlara da viza vermirlər”, - Qarabağ separatçısı bildirib.

Dəyişikliyin müəllifi Biçaxçiyanın sözlərinə görə isə onlar artıq Xarici İşlər Nazirliyindən təklifə müsbət rəy alıblar.

Babayanın narahatlığı başadüşüləndir. Çünki Babayan və onun kimi Xankəndi və Qarabağın digər yerlərində məskunlaşan separatçıların əl-qolu bağlanır. Bundan sonra onların rahat şəkildə xaricə getməkləri çətinləşəcək. Pasport dəyişikliyi zamanı Qarabağdakı ermənilər seçim etməli olacaqlar: ya onlar pasportlarında doğum yeri kimi Xankəndi yazdıracaqlar, bu halda onların xaricə səfərlərinin üstündən xətt çəkiləcək, ya da doğum yeri kimi Ermənistan yazdırıb, Qarabağla vidalaşacaqlar.

Qarabağda yaşayan ermənilər üçün ən doğru seçim isə əlbəttə ki, Azərbaycan pasportuna malik olmaqdır.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr