Prezidentin 14 nümayəndəsi və İH-lərin ləğvi...
Dövlət başçısı İlham Əliyevin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəsini təyin etməsi çox müsbət bir addımdır. Belə idarəetmənin genişləndirilməsinə ehtiyac duyulur. Hazırda biz yerli icra hakimiyyəti nümayəndələrindən çoxlu şikayət alırıq.
Tv 713. az xəbər verir ki, millət vəkili Vahid Əhmədov ölkə mətbuatına açıqlamasında Prezident İlham Əliyevin Qarabağ iqtisadi rayonu üzrə bir nümayəndə təyin etməsinin presedentə çevrilməsi və ümumilikdə Azərbaycanda 14 iqtisadi rayon üzrə nümayəndəliyin yaradılacağı, İH-lərin ləğv ediləcəyi haqda müzakirələrə münasibət bildirərkən deyib.
“Xüsusi nümayəndələrin təyin edilməsi idarəetmə strukturunda yeniliyə səbəb ola bilər. Bu barədə tez-tez müzakirələr olur. Hesab edirəm ki, yerli hakimiyyət orqanlarının yerinə Prezidentin xüsusi nümayəndələri olmalıdır. Amma bələdiyyələr qalmalıdır və onların fəaliyyətləri genişləndirilməlidir. Onlara şərait yaradılmalıdır. Türkiyə variantından istifadə edilə bilər”.