Qarabağı biz satmışıq? – Lavrov

Manset 10-dek, 04:559 tv713 55 0
Qarabağı biz satmışıq?  – Lavrov


Biz Ermənistandakı situasiyanın ağırlığını başa düşürük, asan deyil, ancaq Rusiyanın rolu ilə bağlı spekulyasiya etmək düzgün deyil.

Tv 713 .az xəbər verir ki, bu sözləri Rusiya XİN başçısı Sergey Lavrov Dejavyu Teleqram kanalında yayılan səs yazısına cavab olaraq deyib.

“Azərbaycanda da onları dayandırdığımıza görə narazılıq var, Ermənistanda isə, parlament spikeri də daxil olmaqla, Rusiyanı Qarabağı satmaqda ittiham edirlər.

Biz (Ermənistana – red.) sorğu vermişik ki, bütün bunlar nə deməkdir. Başa düşürük, Ermənistanda situasiya çox ağırdır, heç də asan deyil, ancaq Rusiyanın rolu barədə spekulyasiya doğru deyil. Ona görə də həmsədrlər humanitar təşkilatların, UNESKO-nun gəlişinə istiqamətlənməlidirlər ki, mədəni sərvətlər onların nəzarətinə keçsin.

Elə şeylər var ki, ola bilsin, küçə mitinqlərində alqışlara səbəb olmur, qəzetlərin manşetinə daşınmır, TV-lərin baş xəbərinə çevrilmir, ancaq insanları sakitləşdirir, öz evində qonşu icmalarla normal yaşamasına səbəb olur”, - Lavrov deyib.

Qeyd edək ki, erməni spiker Alen Simonyanın səs yazısı yayılmışdı. O, “erməni cəmiyyətində olan təsəvvürlərə görə” Qarabağı Rusiyanın satması barədə bunları demişdi:

“Əgər Ermənistanda kimsə nəyisə satmaq istəsəydi, bir çox variantlar vardı, o cümlədən “Lavrov planı” da”.

Bu sözlərlə Simonyan dolayısı ilə “Lavrob planı”nın Qarabağı satmaq olduğuna diqqət çəkmişdi.

“Reallaşmayan və təcəyyül məhsulu olan nəyisə şərh etmək çətindir. “Lavrov planı” da belə təxəyyülün məhsuludur”, - Rusiya XİN isə cavabında bildirmişdi.


Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr