İran xaricdən peyvənd idxalını dayandırdı
İran koronavirusa qarşı xaricdən vaksin idxalını dayandırıb.
Tv 713 .az xəbər verir ki, bunu İranın Ərzaq və Dərman Vasitələri İdarəsinin sədri Bəhram Darayi deyib.
O bildirib ki, artıq yerli peyvənddən istifadə edəcəklər:
“Hazırda xaricdən heç bir şəkildə peyvənd idxal etmirik. Üçüncü dozada yerli peyvəndlərə güvənirik və ehtiyaclarımızı qarşılamaq üçün kifayət qədər istehsal olunacağını düşünürük”.