Milli Məclisin yaz sessiyasının ilk plenar iclasının vaxtı məlum olub
Azərbaycan Milli Məclisinin yaz sessiyasının ilk plenar iclasının vaxtı məlum olub.
Tv 713. az xəbər verir ki, parlamentin yaz sessiyasının ilk plenar iclası fevralın 1-də keçiriləcək.
Toplantıda qanunverici orqanın yaz sessiyası üçün işlər planı və digər məsələlər müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, Milli Məclisin yaz sessiyası mayın 31-dək davam edəcək.