Paşinyan qərar imzaladı: Naxçıvandan dəmir yolu...
Ermənistan Baş naziri Nikol Paşinyan Naxçıvan ərazisindən keçən Arazdəyən-Mehri dəmir yolunun bərpası ilə məşğul olacaq işçi qrupunun yaradılması barədə qərar imzalayıb.
Tv 713. az axar.az-a istinadla xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Qərarla yaradılan işçi qrupuna 10 nəfər daxil edilib.
Qrupa Ermənistanın İrandakı keçmiş səfiri, baş nazirin hazırki müşaviri Artaşes Tumanyan rəhbərlik edəcək