Erməni Prezidentin istefa müraciəti – Tam mətn
Xəbər verdiyimiz kimi, Ermənistan Prezidenti vəzifəsindən istefa etməsi ilə bağlı müraciət yayıb.
Tv 713. az axar.az-a istinadla müraciəti təqdim edir:
1990-cı illərin əvvəllərində ciddi geopolitik dəyişiklik səbəbi ilə xalqımız öz müstəqil dövlətini qurmaq üçün geniş imkan əldə etdi. Bizim missiyamız bir bayrağı başqa bir bayraqla əvəz etmək deyildi, o idi ki, bir sərdən sonra yenidən ermənilərin təhlükəsizliyi, inkişafı və çiçəklənməsi üçün ölkəni quraq.
Qeyd edm ki, müstəqil dövlətin varlığının əsas mahiyyəti – vahid canlı orqanimz kimi qələbələrin də, məğlubiyyətin də yaradıcısının özümüz olduğumuzu dərk edərək, məsuliyyəti öz üzərimizə götürmək imkanıdır.
Bu tarixi imkandan ilhamlanaraq, mən də bir çox həmvətənim kimi, özümü bu missiyaya həsr etdim. Müxtəlif səbəblərdən mənim iştirakım müxtəlif mərhələlərdə dəyişdi, ancaq mən heç vaxt nəticədə ümumxalq uğuruna inamımı itirmədim. Və bu, mənim Ermənistan Prezidenti olmaq təklifini qəbul etməyimin başlıca motivi idi...
Mənə təkliflə bağlı bu vacib qərarı qəbul edərkən, yeni prezident institutunun xarici siyasət, iqtisadiyyat, diasporla münasibət təsir etmək, o cümlədən yüksək texnologiyalar sahəsində beynəlxalq arenada milli maraqları təşviq etmək üçün alətlərə sahib olacağını düşündüm.
Bir müddətdən sonra 2018-ci ilin aprel-may hadisələri baş verdi.
Sual çıxa bilər: niyə mən məhz indi istefa verdim?
Cavab bəllidir: Prezident kimi üzərimə götürdüyüm məsuliyyətə görə. Mən özümdən asılı olan hər şeyi etməliydim ki, daxili parçalanmanın gələcək dərinləşməsindən, dəhşətli neqativ nəticələri ola biləcək mümkün toqquşmalardan qaçaq.
Mən həmçinin öz avtoritetimdən, çoxillik iş təcrübəmdən, beynəlxalq siyasi və iqtisadi potensial əlaqələrimdən güclü, stabil ölkənin qurulması üçün istifadə etməyə çalışdım.
Daha bir sual çıxa bilər: niyə prezident hazırkı ümumxalq krizisində siyasi hadisələrə müdaxilə edə bilmir?
Səbəb yenə aydındır: alətlərin olmamasından, hansı ki, istənilən dövlət məmuru Konstitusiyaya əsaslanmalıdır. Bizim əsas problemlərimizin səbəbi məhv hazırkı Əsas qanunumuzdur.
Bizdə paradoksal vəziyyət yaranıb: prezident dövlətin qarantı olduğu halda faktiki olaraq heç bir real vasitəyə sahib deyil. Konstitusiya həm də bir qurumun digər qurumdan üstünlüyünü nəzərdə tutur, tarixi Vətənin dövlət qurumlarının idarə olunmasında tanınmış diaspor mütəxəssislərinin iştirakına maneələr yaradır və s.
Biz formaca parlament respublikasıyıq, mahiyyətcə yox. Mənim təkliflərimdə məqsədim bir idarəetmə formasından digərinə (parlament respublikasından yarımprezident və ya prezident respublikasına) keçmək deyil, tarazlığa əsaslanan dövlət sistemini yaratmaqdır. Bunsuz ciddi nailiyyətlər əldə etməkdən danışmaq çox çətindir, çünki inkişaf və uğur yalnız proqnozlaşdırıla bilən, ahəngdar bir sistemdə əldə edilə bilər.
Mən şadam ki, Konstitusiyanın dəyişməsi ilə bağlı komissiya yaradılıb. Buna görə hakumətə minnətdaram. Ümid edirəm ki, nəhayət, Konstitusiya dəyişikliyi baş tutacaq və növbəti prezident və prezident institutu sistemləşdirilmiş mühitdə daha balanslı işləyə biləcək.
Biz unikal reallıqda yaşayırıq. O reallıqda ki, prezident sülh və müharibə ilə bağlı məsələlərə müdaxilə edə bilmir.
Prezidentin müharibə və sülhlə bağlı məsələlərə təsir edə bilməyəcəyi reallıq.
Reallıq budur ki, prezident demokratiya üçün əlverişli saymadığı qanuna veto qoya bilmir;
Reallqıq budur ki, prezidentin imkanları dövlət üçün üstünlük kimi deyil, müxtəlif siyasi qruplar tərəfindən birbaşa təhlükə kimi qəbul edilir;
Reallıq budur ki, prezident öz potensialının böyük hissəsini sistemli daxili və xarici siyasət problemlərinin həlli üçün istifadə edə bilmir;
Reallıq budur ki, dünya daimi təlatüm zonasındadır, lakin prezidentin ölkəsinə kömək edəcək konstitusiya vasitəsi yoxdur;
Reallıq budur ki, dövlət başçısı və onun ailəsi ölkə rifahı naminə prezidentlik institutunun nailiyyətləri ilə o qədər də maraqlanmayan müxtəlif siyasi qrupların hədəfinə çevrilib, onun şəxsiyyəti ətrafında konspirasiya nəzəriyyələri və miflər qurulub;
Şəxsiyyətimlə bağlı bu “qayğı” mənəviyyat çərçivəsindən kənara çıxır, son nəticədə sağlamlığa birbaşa mənfi təsir göstərir.
Mən həddən artıq çox düşündüm və qərar verdim ki, 4 illik aktiv fəaliyyətdən sonra Ermənistan prezidenti vəzifəsindən istefa verim. Bu qərar qətiyyən emosional verilən qərar deyil, bu, müəyyən məntiqdən irəli gəlir.
Prezident ölkə və millət üçün bu ağır dönəmdə daxili və xarici siyasətin fundamental proseslərinə təsir etmək imkanında deyil.
Dövlətimiz üçün bu çətin vaxtda, ümummilli birlik vacib olduğu məqamda prezident institutu qeybət və sui-qəsd nəzəriyyələrinin obyekti olmamalıdır. Bununla da ictimaiyyətin diqqəti əsas vəzifələrdən yayındırılır.
Bu gün – he vaxt olmadığı qədər bizə dərindən düşünülmüş, ağıllı, balanslı fəaliyyət lazımdır. Əks halda biz – bütün dünya erməniləri öz missiyamıza çata bilməyəcəyik, tarixin kənarına düşəcəyik.
Bizim daha səhv etməyə haqqımız yoxdur.
Sonda ölkənin bu çətin günlərində göstərdikləri mətanət, dözüm, səbir və cəsarətə görə vətəndaşlarımıza və diaspordakı soydaşlarımıza dərindən təşəkkür edirəm. tmək
Xüsusi təşəkkürlərimi zabit və əsgərlərə çatdırıram, qurban gedənlər qarşısında baş əyirəm.
Həmçinin Prezident Ofisinin bütün əməkdaşlarına, həmkarlarıma dövlət strukturunda birgə effektiv fəaliyyətə görə minnətdaram.