Ərdoğandan Ukrayna böhranı ilə bağlı açıqlama
Türkiyə Qara dənizdən qonşu olan iki dost ölkə arasında böhranı sonlandırmaq üçün üzərinə düşəni etməyə hazırdır.
Tv 713..az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşündən sonra mətbuata açıqlamasında deyib.
“Türkiyə gərginliyin azalması üçün səy göstərir. Böhranın Ukraynanın ərazi bütövlüyü çərçivəsində, sülh və diplomatik yollarla sona çatacağına səmimi şəkildə inanırıq”, - deyə türk lider bildirib.