Erməni qadınların FƏRYADI: Azərbaycanlılara desək... - Video

Aktual 08-may, 12:059 admin 167 0



Mən Ermənistana gələndə heç də xoş olmadı, çünki özümün və ailəmin ünvanına xoşagəlməz ittihamlar səsləndirildi. Oğlumu dəfələrlə döyüb, onun Azərbaycan ermənisi olduğunu dedilər. Azərbaycan ermənisi olanda nə olar? Onlara dünyada yermi yoxdur? Mən bunu deməkdən utanmıram, özüm də erməniyəm, lakin onlar bizi sevmir və heç vaxt da sevməyib. Ermənistanda buna görə çox qala bilmədim.

Bu sözləri Dağlıq Qarabağ müharibəsi illərində Azərbaycandan Ermənistana köçən erməni qadınlardan biri ölkədə onlara qarşı kəskin nifrət və ayrı-seçkilik, ağır iqtisadi-sosial şərait barədə danışarkən deyib.

"Moskvaya getmək və oradan ABŞ-a miqrasiya üçün müraciət etmək qərarına gəldim. Ərim işləmirdi, iş tapmırdı. Moskvaya getdiyim üçün məni satqın adlandırdılar. Mən satqınam, çünki özümün 16 yaşlı oğlumu ərimlə birlikdə döyüşməyə göndərmədim. Hə, mən buraxmadım, qan və ölüm istəmədim. Mənə dedilər ki, sənin nəvə-nəticələrin sağ qalacaqlar. Bəs savaşmaq nəyə lazımdır? Əgər oğlum və ya ərim ölsə, nəvələrimi harada görəcəyəm?" - erməni qadın bildirib.

Daha sonra Azərbaycandan Ermənistana köçən ermənilərin acınacaqlı vəziyyətdə yaşaması əks olunub. Belə ki, yataqxanada yaşayanlar heç bir şəraitin olmaması, hökumətin laqeydliyi, büdcədən və beynəlxalq təşkilatlardan ayrılan pulların mənimsənilməsi kimi hallardan danışıblar. Erməni qadınlardan birinin sözlərinə görə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandan gələnlərin yaşadığı yataqxananın təmiri üçün ayırdığı 5 milyon mənimsənilib və nəticədə heç bir yardım göstərilməyib.

Erməni qadın həmçinin ölkə rəhbərliyinin Azərbaycandan gələn qaçqınların ölkəni tərk etməsinə qadağa qoyduğunu bildirib. Belə ki, bu barədə hökumət bütün səfirliklərə müvafiq göstəriş verib. Bunun səbəbi isə Azərbaycandan gələn ermənilərə görə verilən humanitar yardımların mənimsənilməsidir.

Erməni qadın son cümlələrində isə öz xalqı ilə azərbaycanlıları müqayisə edib:

"Biz erməni olsaq da, özgəyik. Yerli və gəlmə ermənilər iki fərqli xalqdır. Burda çox yalan danışırlar. Mən həyatım boyu burdakılara etibar etmirəm. Çox qəribə ermənilərdir. Hərçənd Suriyadan gələn ermənilər də heç vaxt düzgün insan olmasalar da, yerli ermənilərdən daha çox onlarla aramızda bir yaxınlıq var. Onlar yerli ermənilərlə birlikdə yaşaya bilməzlər. Aci bir həqiqət var. Gəlin sizə onu da deyim. Nə Azərbaycandan, nə də Suriyadan gələnlər heç vaxt burada yaşamayacaqlar. Çünki burda insanlar qəddardılar. Mən sonradan başa düşdüm ki, yerli ermənilərə problemlərini danışmaq olmaz. Əgər azərbaycanlıya öz problemini desən, o sənə deyəcək, "sənə necə kömək edə bilərəm?" və kömək də edəcək. Yox əgər problemini erməniyə desən, o bundan istifadə etməyə və səni tapdalamağa çalışacaq"
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr