Zelenskini öldürmək istəyən çeçen qrupu məhv edildi
Ukrayna silahlı qüvvələri fevralın 26-da Rusiyanın çeçenlərdən ibarət zərbə qrupunu məhv edib.
Tv713. az xəbər verir ki, bu barədə Ukrayna kəşfiyyatı məlumat yayıb.
Bildirilib ki, həmin qrupun hədəfi Ukrayna Prezidenti Vladimir Zelenskini aradan götürmək olub.
Qeyd edək ki, Ukrayna ordusu "kadırovçu"ların hərbi kolonunu məhv etdiyini, hətta Kadırov qvardiyasının 141-ci mexanikləşdirilmiş alayının rəhbəri, general Maqomed Tuşayevi öldürdüyünü açıqlasa da, Kadırov bu məlumatı təkzib etmiş, yalnız bir neçə çeçen döyüşçünün öldüyünü təsdiqləmişdi.