Rusiyanın imkanları tükənməz nöqtəsinə gəlir - Hoces
Ukraynaya hərbi müdaxiləyə görə tətbiq edilən sanksiyalar səbəbindən Rusiyada Putin rejiminin devrilməsi tamamilə mümkündür.
Tv 713. az xəbər verir ki, bu sözləri ABŞ ordusunun Avropadakı sabiq komandanı Ben Haces “RBK-Ukrayna”ya müsahibəsində deyib.
O bildirib ki, Putinin ətrafı daha çox itirmək istəməz:
“İnanmıram ki, Putinin ətrafı indiyə qədər itirdiklərindən daha artığını itirmək istəsin. Biz gərək kompleks və hərtərəfli iş görək ki, rus ailələri 1 apreldən öz övladlarını hərbi komissarlıqlara göndərməkdən çəkinsinlər”.
Hocesin fikrincə, Qərbin sanksiyalarına görə Rusiya 10 gündən sonra hücumu davam etdirmək imkanlarının tükənmə nöqtəsinə gələcək.