Putin faciəvi səhv etdi, Ukrayna qalib gələcək - Conson
Ukrayna Rusiya ilə müharibədə əlbəttə, qalib gələ bilər.
Tv 713. az xəbər verir ki, bunu Böyük Britaniya Baş naziri Boris Conson deyib.
“Müəyyən mənada Putin artıq uğursuzluğa düçar olub və uduzub, çünki o, ukraynalıların kütləvi şəkildə bu cür müqavimətə qalxacağını sözün əsl mənasında bilmirdi və o, Ukraynanın mahiyyətini tamamilə səhv başa düşürdü. O, Ukrayna xalqını gücləndirdi. Putin Ukraynanı özünə tabe edə və bu mənada qalib gələ bilməz”, - Conson qeyd edib.
Conson həmçinin deyib ki, Putinin sülh istəməsinə inanmır:
“Düşünürəm ki, o, ikiqat addım atmağa qərar verdi və Ukraynanın şəhərlərini təhdid etməyə çalışdı. Məncə, bu, faciəvi səhvdir”.