Qaraqalpaqda vəziyyət tam nəzarət altındadır - Jurayev
"İyulun 1 və 2-də iğtişaşların baş verdiyi Qaraqalpaq Muxtar Respublikasında vəziyyət tam nəzarət altındadır".
Tv 713. az xəbər verir ki, bunu Özbəkistan Milli Qvardiyasının komandanı Rüstəm Jurayev məlumat verib.
Onun sözlərinə görə, Qaraqalpaq Respublikasında fövqəladə rejim dövründə ictimai asayişin və həyati təminat obyektlərinin mühafizəsi gücləndirilib, gecə saatlarında ictimai və şəxsi nəqliyyatın hərəkəti, iaşə və pərakəndə satış obyektlərinin fəaliyyəti qadağan edilib, bir ay ərzində hər hansı kütləvi tədbirlərin keçirilməsi qadağandır.