RÜSTƏMXANLI İŞIĞINDA İQBAL NƏHMƏTİN DÜŞÜNDÜYÜ QƏDƏR
İGİD TEYMURLU
"ÖLÜLƏR ŞƏHƏRİ"NƏ SÜRÜNMƏ CƏHDİ VƏ QUL PSİXOLOGİYALI ETÜD
Şəxsən tanışlığım olmasa da, gənc yazar, YARDIMLI kökənli şair qardaşlardan olan İqbal NƏHMƏTƏ böyük sayğım var. Və bu sayğının əsasında, kökündə onun ədəbi yaradıcılığı dayanır. Sözün Qüdrətinə söykənən İnsandır. Sözə və Qələmə söykənən İnsanları UCALDAN da Söz və Qələmdir. Həmçinin YIXAN.
MƏN İSTƏMƏZDİM Kİ, İQBAL NƏHMƏT SÖZÜN UCALIĞINDAN YIXILSIN!!!
AMMA VƏ LAKİN... Sosial şəbəkədə İqbal Nəhmətdə olan təkəbbürü görəndə üzüldüm. Adam özü-özünü ölülər şəhərinin sakininə çevirməkdə. Və yazdığı yazının quruluşundan belə apaydın hiss olunur ki, bu, hansısa diktənin, hansısa sifarişin "İqbal Nəhmət" imzasıyla təqdimatıdır.
"Yanasan, ay dədə eyyyy", İqbal Nəhmət də azadlığını qul olmaq psixologiyasında tapıb - haqqı görməyənlərin, HAQLA nahaqqı eyni tərəziyə qoyub eyni qiymət verənlərin qulu!!!
İQBAL Nəhmətin "Sabir Rüstəmxanlı, Musa Qasımlı, Fezail İbrahimli, Mirmahmud Mirəlioğlu və.s eloğlularım siz bu yurdun övladları deyilsizmi? Niyə bu boyda haqsızlıqlara göz yumursunuz! Yardımlı rayonu adli bir yer qalmayıb eee cənablar! Yüksək kürsülərərdən danışmaqla bitmir bu işlər!
Yardımlıda haqq-ədalət yoxdur kişilər! Sız nəyin peşindəsiniz!" xitabı ilə başlanan yazısında yuxarıda deyilənlərin şahidi oldum.
Gör dünyanın harasıdır ki, İqbal Nəhmət Sabir Rüstəmxanlı da daxil olmaqla digər yardımlılara "mən Sizdən çox iş görmüşəm Yardımlı üçün" deyir!!!!
YARDIMLI adını demək olar ki, əvvəllər Sabir Rüstəmxanlıya, sonradan ANS-də xəbərlərin "hava haqqında" bölümündəki hissəyə və daha sonradan da narkoticarətdə sıradan bir həlqəyə görə tanıyıblar.
Dəyərli şairimiz İqbal Nəhmət, Rüstəmxanlının dövlətçilik və millətçilik kontekstində yazdığı kitabların çəkisi səndən ağır gələr, hər kəs öz çəkisini bilsə, nə mutlu bizə.
Rüstəmxanlının bunca kiçiltmək sənin düşündüyün, yaxud düşünə bildiyin qədərdir. Sənin düşünə bildiyin qədərsə həqiqətin özü deyil, şair qardaşım.
Yaradıcılığından, mübarizəsindən bəhrələndiyin kəsə sən necə təkəbbür nümayiş etdirirsən!? Eyhamla danışmısan, səni bildik, bəs Rüstəmxanlını fəth etdiyi Zirvəyə gedən yolda kimsə kiməsə tapşırıbmı? Məlumatın varsa, söylə!
Yardımlının bu kökə düşməsinə görə Rüstəmxanlının, yaxud digərlərinin yaxasından yapışma. Suallarını təqaüdünü aldığın dövlət başçısının yerlərdəki nümayəndələri olan icra başçısına yönləndir. O icra başçısı ki, bir zamanlar Rüstəmxanlını linç etməyə çalışırdı və Siz ziyalılar da onda "ağuşkə" dən baxırdınız...
Rüstəmxanlını büt simasında da təqdim etmirəm. İstər Rüstəmxanlı olsun, istərsə Musa Qasımlı - bunlar sanki sağsahil Yardımlı üçün deputat olublar, solsahil Yardımlı da Allahın ümidinə buraxılıb. Sırıqla ODURAĞARAN ("OduraKƏRAN" yox haaa... Bu kateqoriyadan olan toponimlərin dəyişdirilmə prosesində sadaladığın kəslərin fəaliyyətsizlikləri daha çox yerli camaatın passivliyinin məntiqi sonucu olaraq ortaya çıxıb) kəndinin arası 1, 5 km-dir, di gəl ki, uzaq Hamarkənd kimi nə yolu var, nə də nə bilim nəyi...
Lütfən, hər şey nisbətdə götürülürsə və götürülür də, sən Rüstəmxanlını Musa Qasımlı ilə eyni tərəziyə qoyma....
YARDIMLILAR zaman-zaman Rüstəmxanlını sosial şəbəkədə, adi söhbətlərdə didib parçalasalar da, amma RÜSTƏMXANLI zaman-zaman onu didənlərə qucaq açıb. Onun da şahidi olmuşam ki, övladı narkotiklə türməyə düşən birisi "Rüstəmxanlıdan kömək" (!!!????) görmədiyi üçün Onu Yardımlı mollaları fasonu qarğışa "qonaq" ediblər. Haqlıdılarmı?...
Sən İqbal bəyə mən bəlkə 5-6 dəfə sosial sifariş vermişəm ki, "benəva" Yardımlı üçün bir MƏRSİYƏ yaz! Eşitməmisən, yazmamısan - hər 2 halda günahkar bəndəsən: eşidib yazmasan da, eşitməyib yazmasan da. İqbal Nəhmət ranqlı ziyalı elementar bir sifarişi eşitmirsə, yaxud kimdənsə çəkinib bu sifarişi yerinə yetirmirsə, zamanında bir imperiya ilə mübarizə aparan, bütün ömrünü 400 milyonluq millətin BÜTÖVLÜYÜNƏ sərf edən, bu YOLDA təzyiqlərə, təqiblərə sinə gərən Sözün Cəng Meydanının Qəhrəmanına hansı potensialla "buyur, meydana çox!" deyir!?
Bugünkü Azadlıq sənə nimçə üstündə verilməyib. Sən Rüstəmxanlının yazdığı kitabların təkcə adlarına ötəri nəzər salsan, kimin kim olduğunu anlayarsan. Rüstəmxanlı sən yaşda olanda sənin kimi nəsə etmək üçün kimisə gözləməmişdi, problemin üstünə təkbaşına getmişdi.
VƏ ƏN ƏSASI: Sən yaşda bir ziyalının durub Rüstəmxanlı səviyyəsində bir AĞSAQQALA, Rüstəmxanlı səviyyəsində bir AĞSAÇLIYA yol göstərməsi çox bəsit və incimə məndən, çox gülünc görünür...
Hələlik məndən də bu qədər. Mən sənə Sözün Zirvəsindən yıxılmağı deyil, Sözün Zirvəsində qərar tutmağı arzulayıram. Həqiqətlə dolu yazılarını gözləmək ümidilə sənə SAYĞILARLA....