Ana Vətən Partiyasının B Ə Y A N A T I

Siyasət 17-noy, 05:199 tv713 22 0
Ana Vətən Partiyasının B Ə Y A N A T I




Fransa Senatının Azərbaycana qarşı sanksiyalar tətbiq etməsi haqqında qanunun müzakirəyə çıxarıb qəbul etməsinə qarşı Ana Vətən Partiyası öz kəskin etirazını bildirərək bəyanat qəbul edib.

Tv 713. az həmin bəyanatı təqdim edir


Fransa Senatının Azərbaycana qarşı sanksiyalar tətbiq etməsi haqqında qanunun müzakirəyə çıxarıb qəbul etməsini Fransanın ölkəmizə qarşı düşmən mövqeyindən yanaşması kimi qəbul edir və bu qanunu qəti şəkildə rədd edirik.

Qanunun müddəaları arasında Azərbaycanın neft və qaz ixracına Fransada və Avropada embarqo qoyulması, Azərbaycanın Ermənistan ərazisini işğal etməsi haqqında absurd, məkrli və qərəzli fikirləri, Azərbaycanın Laçın dəhlizindən çəkilməsini, “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyinin tanınması və Fransanın Qarabağda humanitar büro açması kimi məkrli niyyətlərini hökumətə təklif etməsini rəsmi Parisin Beynəlxalq hüququn kobud şəkildə tapdanılması və ölkəmizin ərazi bütövlüyünü pozmaq cəhdi kimi qiymətləndiririk.

Bütün bunlarla Fransa özünün qərəzli və təcavüzü dəstəkləyən simasını və niyyətini, təcavüzkar Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına ciddi maneələr yaratdığını nümayiş etdirdi.

Ana Vətən Partiyası bəyan edir ki, Azərbaycanın müvafiq qurumları Fransa ilə mövcud əməkdaşlığa yenidən baxmalı, Fransanı Azərbaycana qarşı təcavüzün tərəfi kimi tanınması məqsədilə ciddi addımlar atmalıdır.

16 noyabr 2022-ci il
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr
Yazarlar