VƏTƏNDAŞ HƏMRƏYLİYİ - Azərbaycanı xilas edən və yaşadan qüvvə

Manset / Yazarlar 29-dek, 09:309 tv713 99 0
VƏTƏNDAŞ HƏMRƏYLİYİ - Azərbaycanı xilas edən və yaşadan qüvvə



İGİD TEYMURLU



VHP-30: NÖVBƏTİ YUBİLEYİ BÜTÖV AZƏRBAYCANDA QUTLAMAQ AMACIYLA





Azərbaycanı bütün bəlalardan xilas edən, Azərbaycanı özgürlüyünə qovuşduran, Azərbaycanı yağı tapdağından qurtaran VƏTƏNDAŞ HƏMRƏYLİYİ oldu...
Və Azərbaycanın sabahı da, ayaqda durması da VƏTƏNDAŞ HƏMRƏYLİYİ ilə bağlıdır - 30 İL bundan öncə SABİR RÜSTƏMXANLININ ƏRSƏYƏ GƏTİRDİYİ VƏ UĞRUNDA CAN QOYDUĞU İDEYA İLƏ...

Lütfən kimsə VƏTƏNDAŞ HƏMRƏYLİYİ deyəndə qıcıqlanmasın, hövkəsini içində boğsun. Və bunu mənim xatirimə, nə bilim nəyinsə xatirinə etməsin - Böyüklüyünüzün xatirinə edin, özünüzdən utanmayacaq qədər sərgilədiyiniz, sərgiləmək istədiyiniz, sərgiləməyə möhtac olduğunuz Böyüklüyün...

Tarix boyu Azərbaycanda bizdən bir addım öndə olanlara daş atıb özümüzü haqlı sanmışıq. Bax elə bu ifadəyə görə kimsə məni də kiməsə daş atmaqda suçlaya bilər. AMMA VƏ LAKİN...
AMMA VƏ LAKİN....əfəndilər, bir anlığa çiynimizin üstündən geriyə boylanaq. Baxaq ötən illərin qazanında qaynadılanlara. Görək kimlər hansı odalardan əyilə-əyilə çıxdı, kimlər kimin yanında yer aldı, kimlər Azərbaycanı öz siyasi iddiaları qarşılığında yemə çevirdi, kimlər milləti ələbaxımlılığa öyrətdi, kimlər millətin əlindəkiləri alıb göyə sovurdu, kimlər milləti bir loxma çörəyə möhtac etdi, kimlər millətin haqqını yedi, kimlər dünən söydüklərini, dünən təhqir etdiklərini bu gün xalqa qəhrəman kimi sırıdı, kimlər uğrunda can qoyduğu ideya uğrunda çarpışmağı yarıda qoyub, silahdaşlarını, mücadiləsini taleyin ümidinə buraxdı, kimlər bu millətin ümid qılıncına qənim kəsildi, kimlər milləti üsyana, xaosa sürüklədi, kimlər öz ailə imperiyasının imkanlarını şişirtməklə millətin qanını zəli kimi sordu, kimlər xalqın özlədiyi, xalqın ümid etdiyi lideri separat danışıqlar yoluyla linç etdi, kimlər məsləkin, ideyanın deyil, hansısa arxlardan əldə etdiyi çirkli pullarla cəmiyyətin gözünə kül üfürdü, kimlər müxalifətin vahid bir orqanizm olduğuna xələl gətirib ortaya "ana, bala, radikal, real" tapıntısını qoymaqla dağıdıcılıq funksiyasını yerinə yetirdi, kimlər Azərbaycanın maraqlarına münasibətdə Amerikanın, Avropanın, Rusiyanın, Iranın surroqat uşağı kimi davranıb...

Bu kateqoriyadan olan yaşanmışlar ötən günlərin acı reallıqları olub, əfəndilər. Və ən azından sadalanan bu yaşanmışlara hər kəs öz vicdanının işığında baxsa orada öz "lider"inin siluetini mütləq görəcək.

Və həm də onu görəcəksiniz ki, O QARANLIQ HÜCRƏDƏ MİLLƏTİ BÜTÜN ZAMANLARDA HƏMRƏYLİYƏ SƏSLƏYƏN SABİR RÜSTƏMXANLININ BU "ÖMÜR KİTABI"MIZDA "QAN YADDAŞI" VAR!

ÇÜNKİ RÜSTƏMXANLI ATA RUHUNA SIĞINAN "DİFAİ FƏDAİSİ"DİR!

ÇÜNKİ RÜSTƏMXANLININ AMERİKA, AVROPA, RUSİYA, İRAN YOX, "GOY TANRI" İNANCI VAR!

ÇÜNKİ RÜSTƏMXANLI CİSMİNDƏ "CAVAD XAN"IN RUHU YAŞAYIR!

ÇÜNKİ RÜSTƏMXANLI "GƏNCƏ QAPISI"NIN, SİZLƏRSƏ SİYASİ MÜSTƏVİDƏ UĞUR ƏLDƏ ETMƏK ÜÇÜN SİZƏ QUCAQ AÇANLARIN QAPISININ PEŞİNDƏSİNİZ!

ÇÜNKİ RÜSTƏMXANLI "SAĞ OL, ANA DİLİM" DEYİB BAŞQALARINA YARINMAQ İSTƏMƏYİB!

ÇÜNKİ RÜSTƏMXANLI KİMİNSƏ KÖLGƏSİNƏ DEYİL, "XƏTAİ YURDU"NA SIĞINIB!

ÇÜNKİ RÜSTƏMXANLI SİZLƏRDƏN FƏRQLİ OLARAQ AZƏRBAYCANI HƏR ZAMAN "SUNAMİ" TƏHLÜKƏSİNDƏN XƏBƏRDAR EDİB...

ÇÜNKİ RÜSTƏMXANLI BÜTÜN MÜMKÜN VASİTƏLƏRDƏN İSTİFADƏ EDƏRƏK "BÜTÖVLÜK HƏSRƏTİMİZ"Ə SAHİB ÇIXARAQ SİZLƏRDƏN FƏRQLİ OLARAQ RƏHBƏRLİK ETDİYİ QURUMU PARÇALANMALARDAN XİLAS EDİB, GƏNCLİYƏ YAŞIL İŞIQ YANDIRIB!..

BAX BU "ÇÜNKİ"LƏR VAR HAA, ÖTƏN 30 İLİN ORTAYA QOYDUĞU NƏSNƏLƏRİN BİR QİSMİDİR....

SİZLƏR HAKİMİYYƏT ÜÇÜN BÜTÜN YOLLARIN YOLÇUSUNA ÇEVRİLDİNİZ, AMMA RÜSTƏMXANLININ "ƏBƏDİ SEVDA"SI BÜTÖV AZƏRBAYCANIN VAROLUŞUDUR....

BİZdən olmayan bizlər və həmin bizlərə dəstək verənlər ötən 30 ildə Rüstəmxanlının Özünü də, onun rəhbəri olduğu VƏTƏNDAŞ HƏMRƏYLİYİ PARTİYASInı də Bulqakovun şapşapi oğrularının, gidişən yerlərini xislətlərinə uyğun olaraq əllərilə deyil, ayaqlarıyla qaşıyan ət və sümükdən ibarət varlıqların diliylə topa tutdular. Atılan topların sədası Milli Məclis, mətbuat, bütövlükdə hakimiyyət və müxalifət düşərgəsində eşidildi. Amma bütün bunlar həm Rüstəmxanlıya, həm VHP-yə vız gəldi. Rüstəmxanlının siyasi və ədəbi fəaliyyətinin xronikasına nəzər yetirmək kifayətdir. Ona hücum edənlərin cəm halda toplanması belə VƏTƏNDAŞ HƏNRƏYLİYİNİN GÜCÜNÜN qarşısında aciz və rəzil olduqları apaydın görünməkdə.

Bir partiya, bir qurum yaranıbsa heç şübhəsiz ki, həmin qurumun fəaliyyəti daha çox siyasi proseslərdə iştirakçılıqdan keçir. VHP yarandığı gündən indiyədək Bütöv Azərbaycan naminə bütün proseslərin tən ortasında ikən fəaliyyətləri partiyadaxili münaqişələr, antitəbliğatın gücündən istifadə etməklə hakimiyyətləri ayaqda saxlamağa xidmət etməkdən ibarət olan iqtidar qulbeçələrinin və iqtidardaxili siyasi infuzorların yaratmaq istədikləri, təqdim etdikləri fon özünüifşadan başqa bir şey deyil....

Bu mənada kəndinizə gəlin, özünüzü tanıyın. Özünüzü tanıyın ki, özünüzdən utanmayacaq qədər böyük olasınız....

Əslində bu deyilənləri siyasi və ədəbi müstəvinin seçilmişləri etiraf etməli idilər. ÇÜNKİ zamanın işığında hər şey apaydın görünür. Azərbaycanı bütün bəlalardan xilas edən, Azərbaycanı özgürlüyünə qovuşduran, Azərbaycanı yağı tapdağından qurtaran VƏTƏNDAŞ HƏMRƏYLİYİ oldu...

Və Azərbaycanın sabahı da, ayaqda durması da VƏTƏNDAŞ HƏMRƏYLİYİ ilə bağlıdır - 30 İL bundan öncə SABİR RÜSTƏMXANLININ ƏRSƏYƏ GƏTİRDİYİ VƏ UĞRUNDA CAN QOYDUĞU İDEYA İLƏ...
VHP-NİN NÖVBƏTİ YUBİLEYİNİ TƏBRİZDƏ, DƏRBƏNDDƏ - BÜTÖV AZƏRBAYCANDA QUTLAMAQ AMACIYLA....
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr