"Vicdanı BU ŞEYLƏRƏ dözənlər" seriyasından - FƏZAİL İBRAHİMLİ
İGİD TEYMURLU
ESKİZ FORMASINDA VERİLƏN MESAJ, YOXSA "SAXTAKARLIĞIN" TƏSDİQİ?
Sahibə Qafarova deputatxanası kimi tanınan Milli Məclisin vitse-spikeri FƏZAİL İBRAHİMLİnin sözü olmasın, "...təəssüf, çox təəssüf"!!!
Və yenə də Sahibə Qafarova deputatxanası kimi tanınan Milli Məclisin vitse-spikeri FƏZAİL İBRAHİMLİnin sözü olmasın, tarixçi professorumuz əməlli başlı "tələyə düşdü"...
Ey gidi dünya, tfu sənin sifətinə!
Dövrani fələk beləcə göstərir inqilabları: bir zamanlar mətbuatın "ən intizamlı deputat" kimi dəyərləndirdiyi Fəzail İbrahimlini indi Fəzail İbrahimli özü öz diliylə özünü "vicdanı bu şeylərə dözən" kateqoriyasından olanlara aid edir!!!
Məlumat üçün haşiyə: özünə "bloger" deyən Mehman Hüseynova deputat Vahid Əhmədovun verdiyi müsahibədə belə bir məqam var. Mehman Vahid müəllimdən saxta yolla seçilməyən 3 deputatın adını çəkməsini istəyir. O da əvəzində Əli Məsimlinin (????), Qənirə Paşayevanın (????) adını çəkir....
Bundan hirslənən Sahibə Qafarova deputatxanası kimi tanınan Milli Məclisin knopkabasanları və vitse-spiker tökülüşürlər yazıq Vahid Əhmədovun üstünə ki, bəs sən bizim "heysiyyətimizə toxunubsan", " bizi saxtakarlıqda suçlamısan"...
Və beləcə Sahibə Qafarova deputatxanası kimi tanınan MM bütövlükdə üzrü günahından betər addıma imza atmaqla həm də fərdi qaydada min ilin ibadətini də bir gündə bada vermiş olur...
Ağsaqqallığa önəm verən əlahəzrət Fəzail İbrahimli nədən dədələrimizin "quş dimdiyindən, insan da dilindən tora düşər" misalını görməzdən gəlir!?
Bunun örnəyi elə tarixçi professor FƏZAİL İBRAHİMLİnin özüdür...
Adam məntiqin diliylə bilərəkdən, ya da bilməyərəkdən bəyan edir ki, "deputatlar"ı düşündürən ancaq və ancaq öz gözəl təminatları, övladlarının bahalı həyat tərzləri, pul, paradır...
Vahid Əhmədova xitabən "axı sənin nəyin yoxdur?" -deyə, xitab edən Fəzail İbrahimli, bəli, Sizin və Sizin ətrafınızın hər şeyi var. Amma adlarından danışdığınız seçici bədbəxt gündədir....
Elə bu günlərdə mətbuatda əbədi "deputatlar"dan biri olan Səttar Möhbalıyevin ailə monopoliyası, eləcə də Sizin yaxınlarınızla bağlı kifayət qədər informasiyalar yayıldı. Amma bunun müqabilində baxaq Səttar Möhbalıyevin seçicisinin halına. Hər ay işləyən əhalidən həmkarlara milyonlarla vergi tutulur. Nə iş görüb bu Səttar müəllim o işləyən əhali üçün, fəhlələr üçün. Hər yerdə əzilən, haqqı tapdalanan, insan yerinə qoyulmayan hansı fəhlənin dadına yetib bu Səttar? Ancaq seçkidən seçkiyə hamıdan öncə "həmkarların namizədi"ni irəli sürməklə məşğuldur. Hansı pullarla bu dəbdəbəli həyat tərzini qurub?
İndi Səttar kimi yarıtmaz deputatlar təqaüdə çıxanda 3 mindən yuxarı pensiya alacaq, ancaq dövlətin ayaqda durmasını birbaşa təmin edən neftçi də 400 manat!!
Budur Sizin ədalətiniz, Fəzail İbrahimli!?
Son çağırış deputatların fəaliyyəti ancaq öz qarınlarına və qohum əqrıbalarının maraqlarına xidmət olub, vəssalam!
Yaxud başqa bir əbədi "deputat" olan Novruz Aslan - Qızıl Aypara. Guya ki, könüllüdür, ildə bir dəfə bütün işləyən əhalidən Qızıl Ayparaya pul yığıb hara yönləndirir millətin pulunu? Ad da olur Novruz Aslanın. Rəhmətlik İlhamə sağ olanda ara-sıra onun üçün klip çəkdirirdi, infi neynir o pullsrı?...
Sizin əbədi "deputatlar"ınızdandır bunlar, Fəzail İbrahimli!!!
Bütün bunlar görünən dağdır, buna bələdçi lazım deyil. Bir loxma çörəyə möhtac saldığınız seçici Sizi Sizdən də yaxşı tanıyır..
Və burada həm də ortalıqda yuxarıda vurğulandığı kimi bir bölgü sistemi peyda oldu:
a) vicdanı "BU ŞEYLƏRƏ DÖZƏNLƏR";
b) vicdanı "BU ŞEYLƏRƏ DÖZMƏYƏNLƏR"...
"Bu şeylər" ifadəsi var haaa, bax orada mən yüngül deyirəm, bütün növ saxtakarlıqlar, bütün növ riyakarlıqlar, bütün növ yalanlar, bütün növ korrupsiya, bütün növ rüşvət, cəmiyyətə sırınan bütün növ mənfi çalarlı kodekslər və daha nələr....nələr..., yazılası belə mümkün olmayan zadlar!!!
Adamı dəhşət bürüyür: Fəzail müəllim Vahid Əhmədova yol göstərir ki, "vicdanın bu şeyləri qəbul etmirsə mandatını qoy çıx get"...
Bəs Fəzail müəllimin ifadəsinə söykənən məntiq nə deyir. Məntiq onu deyir ki, demək, bu deputatxananın knopkabasanlarıyla birgə Fəzail İbrahimlinin özü də bax "bu şeylər"i qəbul edir!!!!
Və həm dəNƏTİCƏ etibarilə Fəzail İbrahimlinin açıqlamasından iki şey hasil olur:
1. Fəzail İbrahimli yaranmış situasiyadan istifadə edərək günün reallığıyla bağlı eskiz formasında mesaj verir;
2. Fəzail İbrahimli də bilərəkdən, ya da bilməyərəkdən elə irad tutduğu Vahid Əhmədovsayaq öz "deputat" həmkarlarını saxtakarlıqda suçlayır....
Fəzail bəyin sözü olmasın, "təəssüf, çox təəssüf"...
P.S: Lətifəsi uzaq olsun, deyir dəvəni qayadan uçuran bir çəngə otdur. Otun badına gedənlərə əl-Faaaatihə!