Ukrayna ordusu rusların anbarını məhv etdi
Ukrayna Müdafiə Qüvvələri Makeyevkada Rusiya ordusuna məxsus anbarı məhv edib.
Tv 713.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Strateji Kommunikasiyalar İdarəsi məlumat yayıb.
“Bu gün saat 21:40 (yerli vaxtla – red.) radələrində Müdafiə Qüvvələrinin bölmələrinin effektiv atəşi nəticəsində müvəqqəti işğal altında olan Makeyevkada rusiyalı terrorçuların daha bir anbarı fəaliyyətini dayandırıb”, - məlumatda deyilir.