Rusların bir briqadası tamamilə məhv edildi
Rusiyanın Andreyevkadakı 72-ci əlahiddə motoatıcı briqadası mühasirəyə alınaraq məhv edilib.
Tv 713.az xəbər verir ki, bu barədə Ukrayna ordusunun 3-cü hücum briqadası məlumat yayıb.
Məlumata görə, iki gün davam edən əməliyyat nəticəsində Ukrayna ordusu briqadanın kəşfiyyat rəisini, 3 tabor komandirini, komandirləri ilə birlikdə 72-ci briqadanın bütün heyətini və böyük sayda texnikasını məhv edib.
Briqadadan bildirilib ki, Andreyevkanın azad edilməsi Baxmutun sağ cinahından hücum üçün açar olacaq.